Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
iqtisadiyyat
Oxunub: 0
20 окт 2026 | 10:32
Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı


Ötən il ölkədə istehsal olunan 28,7 milyard kVt-saat elektrik enerjisinin 13,4 faizi bərpaolunan mənbələrin payına düşdüyü halda, bu ilin 9 ayında istehsal edilmiş 21,2 milyard kVt-saat elektrik enerjisində bu göstərici 20 faizə yüksəlib.

Bunu energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, bu sahədə mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında əldə olunub. Cari il aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilib. Ümumilikdə isə ilin ilk doqquz ayında bütün növ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı hesabına 840 milyon kubmetr təbii qaza qənaət edilib:

"Bu nəticələr Azərbaycanda “yaşıl enerji” sahəsində görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) də vurğuladığı kimi, ölkələrin enerji keçidində uğuru artıq yeni hədəflərin elan edilməsi ilə deyil, müəyyənləşdirilmiş hədəflərin nə dərəcədə həyata keçirilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycanda günəş və külək-elektrik stansiyalarının planlaşdırılmış qrafikə uyğun istifadəyə verilməsi 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payını 33,3 faizə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir".

"İrəliləyiş həyata keçirilən layihələrin miqyasında da aydın görünür. Ölkədə “yaşıl enerji”nin inkişafının birinci mərhələsi çərçivəsində nəzərdə tutulan ümumi gücü 2 QVt olan 11 günəş və külək-elektrik stansiyasından 3-ü - ümumilikdə 570 MVt gücündə olan stansiyalar artıq fəaliyyət göstərir. 2026-cı ilin sonunadək 445 MVt gücündə “Biləsuvar” və 25 MVt gücündə “Şəms 1” günəş-elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Eyni zamanda “Masdar” şirkəti tərəfindən 200 MVt gücündə külək-elektrik stansiyası layihəsinin icrası davam etdirilir. 2027-ci ildə isə 315 MVt gücündə “Neftçala”, 240 MVt gücündə “Şəfəq”, hər biri 50 MVt gücündə olan “Şəms” və “Üfüq”, eləcə də 25 MVt gücündə “Qərbi Üfüq” günəş-elektrik stansiyaları istifadəyə hazır olacaq. Bu stansiyalarda illik 5 milyard kVt-saat elektrik enerjisinin istehsalı hesabına 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət edilməsi və karbon emissiyalarının 2,4 milyon tonadək azaldılması gözlənilir".
Сегодня, 12:13
Azərbaycanda qiymətlər bu qədər artıb
Сегодня, 11:26
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi
Сегодня, 11:21
Onlayn sifariş edənlər - Bu qaydaları bilirdiniz?
Сегодня, 11:18
Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - Video
Сегодня, 11:13
Sükan arxasında “TikTok”da canlı yayım açanlara - DİN-dən xəbərdarlıq
Сегодня, 11:09
Babək prospektində maşın körpüdən aşdı - Foto
Сегодня, 10:22
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Сегодня, 10:13
Neftimizin qiyməti 100 dollardan aşağı düşdü
Сегодня, 10:09
Tərtərdə avtomobilə “Kalaşnikov”la atəş açan qazi imiş - Təfərrüat
Сегодня, 10:06
650 min manatı leqallaşdıran Həsənə hökm oxundu
Сегодня, 10:02
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Сегодня, 09:37
İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi
Сегодня, 09:34
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
Сегодня, 09:31
Paşinyan Türkiyəyə səfər edib
Сегодня, 09:00
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Вчера, 13:11
5 günlük tətil başlayır - TARİXLƏR
Вчера, 12:30
Şok: ABŞ İranı vurmaq üçün Xəzərə girir - Bakının mövqeyi...
Вчера, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Вчера, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Вчера, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Вчера, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Вчера, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Вчера, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Вчера, 10:05
Neft ucuzlaşmağa davam edir
Вчера, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Вчера, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Вчера, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab