Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
sosial
Oxunub: 0
21 окт 2026 | 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir


Azərbaycanda “Elektron ticarət haqqında” Qanunun əhatə dairəsinin genişləndirilməsi təklif olunur. Dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təkliflər elektron ticarət qaydalarını və ödəniş mexanizmlərini əhatə edir.

Sosial şəbəkələrdən və internet mağazalarından alış-veriş edənlər bəzən sifariş etdikləri məhsulun təsvirə uyğun gəlməməsi, pulun geri qaytarılmaması və satıcı ilə əlaqə saxlamağın çətinləşməsi kimi problemlərlə üzləşirlər. Yeni dəyişikliklər fonunda elektron ticarətdə alıcıların hüquqlarının necə qorunacağı, satıcıların hansı öhdəliklər daşıdığı məsələsi diqqət çəkir.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov Musavat.com-a bildirib ki, uzun illərdir elektron ticarətlə bağlı çoxsaylı şikayətlər daxil olur və ildən-ilə artır. Onun sözlərinə görə, klassik ticarətlə elektron ticarət arasında ciddi rəqabət mövcuddur: “Müasir dövrdə istehlakçılar rahatlığına görə onlayn alış-verişə daha çox üstünlük versələr də, bu sahədə hüquq pozuntuları geniş yayılıb. Ən çox saxta mallar elektron ticarət vasitəsilə satılır. Saxta dərmanların da böyük hissəsi bu kanallar üzərindən istehlakçılara təqdim olunur. Təxminən satılan dərmanların 70 faizinin elektron ticarət vasitəsilə saxta olduğu bildirilir. Bu sahə ilə bağlı bizə çoxsaylı şikayətlər daxil olur”.

Eyyub Hüseynov şikayətlərin əsas məzmunu belə izah edir: “Vətəndaş sifariş verir, kuryer malı gətirir, bəzən metro çıxışında, axşam saatlarında, qaranlıqda istehlakçının qarşısına qoyur, pulunu alır və kassa qəbzi vermədən gedir. İstehlakçı isə sonradan görür ki, gətirilən mal onun sifariş etdiyi məhsul deyil. Bu zaman əlində kuryerin telefon nömrəsindən başqa heç nə qalmır”.

Onun müşahidəsinə görə, digər hallarda, vətəndaş xarici elektron ticarət subyektlərindən sifariş verir, lakin gətirilən mal onun tələbatına uyğun olmur: “Məhsulun dəyişdirilməsi və ya geri qaytarılması zamanı problemlər yaranır. Mürəkkəb texniki vasitələr sifariş edilir, məhsul gəldikdə isə qırıq və ya yararsız vəziyyətdə olur. Beləliklə, elektron ticarətdə istehlakçı hüquqlarının pozulması geniş yayılmış problemə çevrilib”.

Hüquq müdafiəçisi qeyd edib ki, vətəndaşlar elektron ticarət subyektlərinə həddindən artıq etibar edirlər. O, istehlakçılara Azərbaycanda ofisi, fəaliyyət göstərdiyi ünvanı və məsul şəxsləri olan şirkətlərdən alış-veriş etməyi tövsiyə edib: “Buna misal olaraq, elektron ticarətlə aldığımız şikayətləri göstərə bilərəm. Vətəndaş saat sifariş verir, pulunu ödəyir, lakin ona kartondan hazırlanmış saat göndərirlər. Hamam dəsmalı sifariş edən şəxsə isə uzunluğu cəmi 20 santimetr olan dəsmal göndərilib. Bu cür halların nümunələri bizdə də var. Milli Məclisdə hamının maraqlarına toxunan belə məsələlər müzakirə olunarkən ictimai müzakirələr təşkil edilmir. Artıq 30 ildir ki, ticarətlə bağlı məsələlər üzrə istehlakçılarda kifayət qədər məlumat və təcrübə toplanıb. Bizim də istehlakçılar adından deyəcəyimiz sözlər var. Lakin 30 il ərzində Milli Məclisdə istehlakçı hüquqları ilə bağlı məsələlərə cəmi bir dəfə toxunulub. 1995-ci ildə qəbul edilmiş qanunun yenilənməsi məsələsi də bu müddət ərzində lazımi səviyyədə müzakirə edilməyib. Hətta Ombudsmanın 2025-ci il və ondan əvvəlki illərə dair illik hesabatlarında istehlakçı hüquqları məsələsinə bir kəlmə də olsun yer verilməyib”.

O, bununla belə elektron ticarətlə bağlı qanunvericiliyə dəyişiklik edilməsini alqışlayır və istehlakçıların maarifləndirilməsinin ön plana çəkilməsini dəstəkləyir.
Сегодня, 11:54
İlham Əliyev Ərdoğana başsağlığı verib
Сегодня, 11:23
15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Сегодня, 11:01
Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!
Сегодня, 10:32
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Сегодня, 10:26
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
Сегодня, 10:21
“ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
Сегодня, 10:05
Neft ucuzlaşmağa davam edir
Сегодня, 09:58
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Сегодня, 09:53
Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var
Сегодня, 09:36
Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
Сегодня, 09:32
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Вчера, 09:45
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Вчера, 09:40
Azərbaycanda Dövlət Bayrağı Günüdür
8-11-2026, 15:06
Şuşada liderlərin təkbətək görüşü keçirilir
8-11-2026, 14:43
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
8-11-2026, 14:09
Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
8-11-2026, 13:00
Xankəndidə Zəfər Muzeyi olacaq
8-11-2026, 12:52
Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
8-11-2026, 12:19
Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
8-11-2026, 12:10
Prezident xalqa müraciət edir - Video
8-11-2026, 12:04
Tokayev Əliyevi təbrik etdi
8-11-2026, 11:52
Ərdoğan Azərbaycana yolda düşdü
8-11-2026, 11:43
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
8-11-2026, 10:37
Hamımızın yumruq olduğu gündür!
8-11-2026, 10:28
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
8-11-2026, 10:22
Rəsmilər Zəfər Parkını ziyarət edir
8-11-2026, 09:00
​8 noyabr - Zəfər Günüdür