Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!

Avropa İttifaqı və NATO üzvü olan Bolqarıstanda prezident seçkilərinin ikinci turunun ilkin nəticələri ölkəni böyük siyasi dönüşə aparır.
Musavat.com xəbər verir ki, Rusiyaya münasibətdə Qərbin sərt xəttindən fərqlənən mövqeyi ilə tanınan İliyana Yotova prezident seçkilərində rəqibini böyük fərqlə qabaqlayıb. Onun əsas rəqibi Andrey Gyurov isə artıq məğlubiyyətini qəbul edib.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının noyabrın 2-də açıqladığı ilkin nəticələrə əsasən, İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev 57,943 faiz səs toplayıblar. Onların rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,007 faiz səs qazanıblar.
Bu göstəricilər seçki protokollarının 17,39 faizinin emal edilməsinə əsaslanır. Daha sonrakı ilkin hesablamalarda da Yotovanın böyük üstünlüyü qorunub.
Andrey Gyurov seçkilərdən sonra jurnalistlərə açıqlamasında məğlubiyyətini qəbul edərək bildirib: "Seçkilərin nəticələri nə qədər gözlənilməz olsa da, onları olduğu kimi qəbul edirik. Nəticədə Bolqarıstan vətəndaşları belə səs veriblər".
Seçkilərin ən diqqətçəkən tərəfi Yotovanın siyasi keçmişi və Rusiyaya münasibətidir. O, Ukraynaya hərbi yardımların artırılmasına qarşı çıxan və müharibənin diplomatik yollarla dayandırılmasını müdafiə edən siyasətçilər sırasındadır.
Bolqarıstanın Rusiya ilə münasibətləri isə təkcə müasir siyasətlə məhdudlaşmır. Bu əlaqələrin arxasında Sovet İttifaqı dövrünə gedib çıxan mürəkkəb tarixi keçmiş dayanır.
1944-cü ilin sentyabrında Sovet İttifaqının Bolqarıstana müharibə elan etməsi və Qırmızı Ordunun ölkəyə daxil olmasından sonra kommunistlərin hakimiyyətə yüksəlişi sürətlənib. 1946-cı ildə monarxiya ləğv edilərək Bolqarıstan Xalq Respublikası yaradılıb.
1946–1989-cu illərdə ölkədə kommunist rejimi hökm sürüb. Bolqarıstan formal olaraq müstəqil dövlət olsa da, siyasi, hərbi və iqtisadi baxımdan SSRİ-nin təsir dairəsində yerləşib.
1955-ci ildə Bolqarıstan Sovet İttifaqının rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatına qoşulub. Ölkə həmçinin SSRİ-nin iqtisadi təsir mexanizmlərindən biri olan Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü idi.
Xüsusilə Todor Jivkovun hakimiyyəti illərində, 1954–1989-cu illərdə Bolqarıstan Moskvanın Şərqi Avropadakı ən yaxın müttəfiqlərindən birinə çevrilib.
1963-cü ildə Jivkov hətta Bolqarıstanın SSRİ ilə daha sıx birləşməsi istiqamətində təşəbbüs irəli sürüb. Bu təşəbbüs ölkənin Sovet İttifaqına faktiki inteqrasiyası ideyasını gündəmə gətirsə də, həyata keçirilməyib.
1989-cu ildə kommunist rejiminin süqutundan sonra Bolqarıstan Qərbə inteqrasiya kursu götürüb. Ölkə 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına üzv qəbul edilib.
Bununla belə, Rusiyanın Bolqarıstan siyasətinə tarixi, mədəni və enerji əlaqələri vasitəsilə təsiri uzun illərdir qalır.
Bəs prezident seçkilərində qalibiyyətini təmin edən İliyana Yotova kimdir?
1964-cü il oktyabrın 24-də anadan olan Yotovanın 62 yaşı var. O, Sofiya Universitetində bolqar filologiyası üzrə ali təhsil alıb, Fransada xüsusi idarəçilik və Avropa siyasəti proqramlarında iştirak edib.
Siyasi fəaliyyətə başlamazdan əvvəl televiziya jurnalisti işləyib. 1990–1997-ci illərdə Bolqarıstan Milli Televiziyasında müxbir, redaktor, aparıcı və rəhbər vəzifələrdə çalışıb.
Daha sonra Bolqarıstan Sosialist Partiyasında siyasi fəaliyyətə başlayıb. 2005–2007-ci illərdə parlament deputatı, 2007–2017-ci illərdə isə Avropa Parlamentinin üzvü olub.
2016-cı ildə Rumen Radevlə birlikdə prezident seçkilərində qalib gəlib və 2017-ci ildə vitse-prezident vəzifəsinə başlayıb. 2021-ci ildə yenidən həmin vəzifəyə seçilib.
2026-cı ilin yanvarında Radev prezidentlikdən istefa verdikdən sonra Yotova dövlət başçısı səlahiyyətlərini qəbul edib və Bolqarıstan tarixində ilk qadın prezident olub.
Noyabrın 1-də keçirilən seçkilərin yekun nəticələri təsdiqlənərsə, o, ölkədə birbaşa xalq səsverməsi ilə prezident seçilən ilk qadın kimi də tarixə düşəcək.
Сегодня, 20:59
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Сегодня, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
Сегодня, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Сегодня, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Сегодня, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Сегодня, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Сегодня, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Сегодня, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Сегодня, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Сегодня, 12:34
Bu gün qısa iş günüdür
Сегодня, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Сегодня, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Сегодня, 12:25
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Сегодня, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Сегодня, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Сегодня, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Сегодня, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Сегодня, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Сегодня, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Сегодня, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Сегодня, 10:40
Bu rayonlara qar yağıb
Сегодня, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Сегодня, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Сегодня, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Сегодня, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Сегодня, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi
Вчера, 16:00
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı – Türkiyədə "350 min dollar" əməliyyatı!