Xətainin icra başçısı haqda ilginc iddia - Bu əraziləri də satdı...

9 fevral seçkisi bəzi qurum rəhbərlərinin tərcümeyi halında qara xətt olaraq qalacaq. Çünki həmin şəxslər ya saxtakarlığa müəlliflik etdilər, ya da sadəcə həmin qanunsuzluğa göz yumdular. Hər iki hal xalqın haqqına qəsbdir. Belə rayonlardan da biri Xətai rayonudur. Xatırladaq ki, bu rayondakı 4 DSK-dan 2-si tam olaraq, 1-də isə 7 məntəqə MSK-nın müvafiq qərarı ilə saxtakarlığa görə ləğv edilib. Lakin göründüyü kimi hələ də bu rayonun İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev öz postunu qoruyub saxlamaqdadır. Əslində isə onun xələflərindən biri İbrahim Mehdiyev məhz 2010-cu ildə seçki saxtakarlığı fonunda bu rayona başçı təyin edilmişdi. Mehdiyevin sələfini ölkə başçısı seçkiyə müdaxilə etdiyi üçün görəvindən almışdı. Lakin yuxarıda qeyd edildiyi kimi Rafiq Quliyev kimlərinsə hələ də vazkeçilməzi olaraq qalmaqdadır.
Xətai rayonunun İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə bağlı Conflict.az-a yeni məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə İcra Hakimiyyətinin başçısı Xətai rayonu ərazisində, konkret Cavanşir küçəsində yerləşən, H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus, artıq 7 ilə yaxındır ki, sökülmüş iki yataqxananın ərazisini tikinti şirkətlərindən birinə satıb.
Xatırladaq ki, həmin ərazini illərdir ki, bir neçə tikinti şirkəti almağa çalışsa da, mənbənin verdiyi məlumata görə bəzi “arzuların” həddən artıq yüksəkliyinə görə anlaşma baş tutmurdu. Lakin bir neçə gün öncə əraziyə geoloji test aparmaq üçün texnikanın gətirilməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər nazirliynin əməkdaşlarının qəfil peyd olmaları bu ərazinində artıq satıldığı qənaətini yaratdı. Və Conflict.az-a bu gün daxil olan məlumat əslində qənaətimizi doğrultdu. Belə ki, məlumatı verən mənbə ərazidə tikiləcək hündürmərtəbəli binaların çertyojunu redaksiyaya təqdim etdi.
Onu da xatırladaq ki, ərazi kifayət qədər böyükdür. Mənbənin verdiyi məlumata görə 2 hektarlıq ərazidə 3 hündürmərtəbəli bina inşa ediləcək. Oxucuların nəzərinə onu catdıraq ki, həmin ərazi ilə üzbə-üz artıq bir neçə 10 illərdir ki, bərbad vəziyyətdə olan “Gənclik” parkı yerləşir. Bir müddət öncə ölkə Prezidenti cənab İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar “1 gündə 600 000 ağac əkək!” aksiyası zamanı ailə üzvləri ilə birlikdə məhz həmin parka gəlmişdi. Və elə həmin gündə Bakı şəhər İcra Hakimiyyətinə və Xətai rayon İH-yə parkın təcili abadlaşdırılması ilə bağlı tapşırıq vermişdi. Lakin həmin tapşırığın verilməsindən müəyyən qədər zaman keçsə də, nə BŞİH, nə də Xətai rayon İH-də bu tapşırıqla bağlı hər hansı addım atılmayıb. Əvəzində isə satılacaq ərazi üçün nəhayət ki, müştəri tapıldı.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Сегодня, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Сегодня, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Сегодня, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Сегодня, 13:26
Media və Yayım Şurası yaradıldı
Сегодня, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Вчера, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Вчера, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar