Azərbaycanda Ermənistan şirkəti “Flaqman” Yerli istehkalçılara nə satır? 1,3 ton atılmış məhsul…
gundem / sosial
Oxunub: 649 114
24 сен 2020 | 10:11
Azərbaycanda Ermənistan şirkəti “Flaqman” Yerli istehkalçılara nə satır? 1,3 ton atılmış məhsul…


Azərbaycanın kolbasa-sosiska bazarında satılan məhsullarla bağlı elə vahiməli, qorxunc xəbərlər gəlir ki, insanın tüklərini ürpədir.

Ekspertlər də yerli mallardan uzaq durmağa çağırırlar: onkoloji xəstəlik mənbəyi, mənşəyi bilinməyən ətlər, müxtəlif kimyəvi qatqılar və s.

Apardığı araşdırma və eləcə də bəzi müşahidələrə istinadən bildiririk ki, növbəti həyəcanlı iddialar “Flaqman” əmtəə nişanlı kolbasalar haqda səslənməkdədir.

Əslən Ermənistan vətəndaşının maliyyə dəstəyi ilə istifadəyə verilən Flaqman şirkəti xalqımıza normal məhsul sata biləcəyini heç bir ağlı başında olan insan düşünə bilməz.

Müşahidəçilər qeyd edirlər ki, “Flaqman”ın müəssisəsinin yaxınlığından keçmək olmur. Çünki ərazini qəribə bir qoxu, üfunət bürüməkdədir.

Bu da həmin firmanın məhsullarının keyfiyyətinə, istifadə edilən qidaların tərkibinə dair ilkin şübhələrə yol açır. Axı orada hansı qatqılardan, hansı ətdən istifadə edilir ki, istehsalat prosesi zamanı ətrafı belə bir iy bürüyür?

Bu suala cavab tapmaq üçün internet mediasında da axtarışlar aparmışıq. Məlum olur ki, ilk növbədə “Flaqman” kolbasa və sosiskaları nəinki halal deyil hələ insan arqanizminə ciddi təhlükə törədən maddələr var.

Hələ bir müddət əvvəl Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ay-Min” MMC-yə məxsus, Xırdalanın 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində yoxlama zamanı nöqsanlar aşkarlanmışdı.

Müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.

Demə, “Flaqman” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında, həmin əmtəə nişanlı Flaqman kolbasa və sosiskaları halal olması saxta imiş.

Qurumun rəsmi xəbərində deyilirdi ki, həmin məhsulların tərkibində donuz əti və piy var, halal məhsul deyil, yalan reklamlardır. Şirkətin “Servelat” kolbasalardan birinin içərisindən isə qalıqlar tapılmışdı.

Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar. “AY-MİN” brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Firmanın əslən ermənistan vətəndaşına məxsus olduğu bildirilir.

Şirkətin bir müddət əvvəl üzləşdiyi cərimələrdən sonra adını dəyişərək “Flaqman” qoyduğu, telekanallarda, şəhərin müxtəlif yerlərində olan lövhələrdə reklamı getdiyi bildirilir.

Amma çox qəribədir ki, bu iddialardan sonra “AY-MİN” MMC kolbasa məmulatı firmasının satış meneceri Kamran Abbasov açıqlamasında halal kolbasa istehsal etmədiklərini etiraf eləmişdi.

Halbuki, halal adı ilə bazara çıxmışdılar və uzun müddət istehlakçıları aldatmışdılar. Yalnız nazirliyin cəriməsi nəticəsində etiraf etməli olmuşdular.

Ona görə son dövrlərdə bu şirkətin məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb, marketlərdə satış səviyyəsi zəifləyib, “Flaqman” müştərilərin etibarını, inamını itirib.

Belə çıxır ki, əhaliyə satılan bu məhsulların tərkibinə, ətin mənşəyinə də şübhə etməyə ciddi əsas var. Bazara halal adı ilə çıxan, sonra yalan danışdığını etiraf edən şirkətdən nə desən gözləmək olar.

O halda ailələrimizə niyə bu məhsuldan almalıyıq? Kim uşağına bu şirkətin sosiskalarını yedirər? Bu cür məlumatlardan, açıqlamalardan və sanksiyalardan sonra hansı müştəri marketdən məhz “Flaqman” istəyər?

Belə bir zədələnmiş reputasiyaya malik müəssisənin məhsullarından uzaqda durmaqdan zərər gəlməz.

Ən dəhşətlisi budur ki, Dövlət Xidməti “AY-MİN” MMC-yə aid 1,3 ton kolbasa məmulatını məhv etmişdi.

Bəli, 1 kilo yox, 100 kilo yox, 1, 3 ton məhsul yararsız hesab edilərək məhv olunub. Hələ o da şübhəlidir, kim bilir, bəlkə də təkrar satışa çıxarılıb.

Əgər dövlət xidməti şirkətdə yoxlama aparmasaydı, 1, 3 ton kolbasanı bu millətə yedirəcəkdilər. Belə bir insafa, vicdana sahib olan rəhbərliyin hazırda istehsal etdiyi məhsullara niyə də inanıb alasan ki?!

Son vaxtlar leş ət mafiyası ilə bağlı faktların üzə çıxması da bütövlükdə ölkədəki kolbasa firmalarının məhsullarından almamağa əminlik yaradır.

Axı bu ətlər hara gedə bilər – evlərə deyil, dönərxanalara, kolbasa sexlərinə, şadlıq saraylarına və s.
Сегодня, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Сегодня, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Сегодня, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Сегодня, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi
Сегодня, 13:37
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama
Сегодня, 13:36
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
Сегодня, 13:36
Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi
Сегодня, 13:35
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
Сегодня, 13:35
Səlim Müslümovun milyonluq əmlakı satıldı
Сегодня, 13:19
İlham Hüseynov – Etibarlı İdarəçilik və Məsuliyyət Prinsiplərini Fəaliyyətində Yaşadan Rəhbər
Сегодня, 09:00
Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir
Вчера, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:45
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:05
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:47
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır