Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
gundem / bolge
Oxunub: 688 210
8 дек 2020 | 14:18
Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...


2006-cı ildə Cəlilabad rayonuna icra başçısı təyin edilən Əziz Əzizov 2018-ci ilə qədər bu vəzifədə işlədiyi dövrdə rayonu demək olar ki, kor qoymuşdu.
Rayon sakinlərinin verdiyi məlumata görə Ə.Əzizov ancaq ona pul gətirən məmurlarla işləməyə üstünlük verib. Ə.Əzizov əsasən onun haqqında şikayət ərizəsi yazan şəxslərlə dil taparaq onlara rüşvət verərək susdurmağa çalışıb. Bununla razılaşmayanları isə köməkçisi Malik Şərbətovun əliylə həbs etdirib. Məsələn, “facebook” sosial şəbəkəsində Cəlilabaddakı məmur özbaşınalığını tənqid edən “Cəlilabadımız” səhifəsinin fəaliyyəti onu daim narahat edib. Bildirilir ki, vaxtilə həmin səhifəni işlədən gəncləri də cəzalandırıb. Hazırda isə həmin səhifə xaricdə yaşayan gənclərimiz tərəfindən idarə olunur. Ə.Əzizov ilk dəfə Cəlilabad rayonunda icra başçısı işləyib. Cəlilabad bir növ onun üçün təcrübə keçmək üçün gözdən uzaq bir rayon olub və o, burda istədiyini edib. Ə.Əzizov vəzifəsindən azad edilərkən buna sevinənlər də olub, sevinməyənlər də. Amma sakinlərin böyük əksəriyyəti deyib ki, çoxunuz Ə.Əzizovun ölənlərinə rəhmət oxuyacaqsınız.

Belə ki, Ə.Əzizov əvvəlcə Yasamal rayonuna icra başçısı təyin edilib və 10 ay sonra isə Suraxanı rayonuna icra başçısı təyin edilib. Cəlilabada icra başçısı təyin edilən Namiq Zeynalovdan isə sakinlərin gözləntisi böyük olub. Onlar N.Zeynalovun rayonda abadlıq işləri aparacağına və sahibkarları incitməyəcəyini ümid ediblər. Amma vəzifəyə təyin olunan N.Zeynalov Ə.Əzizovun köməkçisi M.Şərbətovu vəzifədən uzaqlaşdırıb. Daha sonra isə bacısı oğlu Məmmədov Mansur Xanoğlan oğlunu özünə birinci müavin təyin edib. Ərazi idarətetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Yaşar Adışirin oğlu da onun göstərişi ilə vəzifəyə təyin edilib. Sakinlər bildirir ki, başçının bacısı oğlu olan M.Məmmədov rayonda əməlli-başlı bazar açıbmış, bütün pullar onun əliylə başçıya çatırmış. Bir müddət sonra rayon sakinləri “Qaynana” filmindəki kimi Nəsibə xanımın diliylə desək, “Hardasan ay Sevda?” deməyə başlayıblar və Ə.Əzizovun ölənlərinə həqiqətən də rəhmət oxuyublar.

N.Zeynalovun rayonda qalmaqala səbəb olan bizneslərindən biri də “TIR” dayanacağı olub. Hamıya məlumdur ki, Cəlilabad rayonun Maşlıq, Muğan, Söyüdlü və Kazımabad kəndləri geniş kartofçuluq təsərrüfatıyla məşğuldur. Hər il bu kəndlərdən Rusiyaya tonlarla kartof yola salınır. Yay aylarında Rusiyaya kartof daşımağa gələn “TIR”-lar kəndin yaxınlığında yerləşən “Dəyirman” kafesinin həyətində dayanırdı və sürücülər onlar üçün sərfəli qiymətə təklif olunan yeməklərlə qidalanırdılar. Bununla yanaşı, onlara yatmaq üçün yerlər də verilib. Bunu görən N.Zeynalov dərhal götür-qoy etməyə başlayıb. Əvvəlcə kafe sahibinin ona aylıq verməsini təklif edib. Lakin bu baş tutmadığı üçün o, Muğan kəndinin girişində, keçmiş spirt zavodunun həyətində özünə “TIR”-lar üçün dayanacaq düzəltdirib. Daha sonra onun göstərişi ilə “Dəyirman” kafesinin həyətində olan bütün “TIR”lar ora göndərilib.

Burda isə N.Zeynalov elə bir şərait yaradıb ki, sürücülər heç bir yerə gedə bilməyiblər. Onun təklif etdiyi xidmətlər bundan ibarət olub. Hər bir sürücü reysə çıxarkən 60 AZN yer haqqı verməlidir, bununla yanaşı, onun bütün sənədləri dayanacaqda yerləşən ofisdə hazırlanmalı və pul da bura ödənməlidir. Daha sonra dayanacağın həyətində fəaliyyət göstərən kafedə sürücülər baha qiymətə fəaliyyət göstərən kafedə yemək yeməlidir. Sürücülərə yatmaq üçün yer təklif olunmadığı üçün onlar maşında yatmalı olublar. Sakinlər bildirir ki, ötən yay pandemiyaya görə kafelər işləməsə də, məhz başçısının dayanacağında fəaliyyət göstərən kafe işləyib. Çarəsiz qalan sürücülər isə bütün bunlarla razılşamağa məcbur olublar. Zaman keçdikcə isə sakinlər bir çox rayonun icra başçısı kimi N.Zeynalovun da DTX tərəfindən həbs edilməsini arzu etməyə başlayıblar. Sakinlər bununla da rayonda məmur özbaşınalığına son qoyulacağına ümid edirlər. //Moderator.az//
Сегодня, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Сегодня, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Сегодня, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Сегодня, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Сегодня, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Сегодня, 13:26
Media və Yayım Şurası yaradıldı
Сегодня, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi