Göygöl rayonunda torpaq dəllallığı - Qarabağ qazilərinə niyə torpaq verilməyib?

Göygöl sakini Müseyibov Azay Eldar oğlu ona və ailəsinə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin verilməməsindən, yerli özünüidarə qurumunun yaratdığı süni birokratiyadan şikayətçidir.
I Qarabağ döyüşlərində Murovdağ yüksəkliyində ağır yaralanaraq qazi olan vətəndaşın "Demokratik.Az"-a dediklərindən aydın olur ki, onun hüquqları uzun illərdir ki, yerli icra hakimiyyəti strukturunun da müşaiyətilə qəsdən pozulub, dəfələrlə yazılı müraciətinə baxmayaraq onun haqlı istəkləri rədd edilib. O qanuni haqqı olan torpaq sahəsini yerli başbilənlərdən ala bilməyib.
Bundan başqa, şikayətçinin oğlu, xüsusi təyinatlı qüvvələrin sıralarında (YAŞMA) gizir kimi xidmət edən Azəddin Müseyibovun varlığı da bələdiyyə və yerli İHB tərəfindən nəzərə alınmayıb. Adıçəkilən igid gizirimiz 2016-cı ildə məlum aprel savaşında yaralanıb və həmin vaxt Göygölün sabiq icra başçısı Arif Seyidov və bələdiyyə orqanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavininin təşəbbüsü ilə Müseyibovlar ailəsinə tezliklə torpaq sahəsinin ayrılacağını vəd ediblər. Lakin, generalı - sabiq rəis müavini də aldadıblar.
Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, şikayətçinin övladı, gizir Azəddin Müseyibov II Qarabağ savaşında da Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb, əks hücum əməliyyatlarının ilk günlərində məhz atasının 1993-cü ildə yaralandığı Murovdağ yüksəkliyində ağır yaralanıb. Hazırda müalicəsini Bakıdakı hərbi hospitalda davam etdirir.
Şikayətçinin jurnalist Osman Nərimanoğlu ilə söhbəti əsnasında digər detallara da toxunulub. Rayonun icra başçısı vəzifəsini icra edən Turani Əliyevin və digər məmurların yarıtmaz fəaliyyətləri və saymazyana əməlləri tənqid edilib.
Göygöldən olan jurnalist də şikayətə şərhində qazilərə hörmətsizliyi qınayıb. Rayon torpaqlarının talana məruz qaldığını təsdiq edib.
Bildiyimiz kimi, qanunvericiliyiə əsasən, Qarabağ müharibə iştirakçılarına, qazilərimizə və şəhid ailələrimizə bələdiyyələr tərəfindən bir dəfə növbədənkənar pulsuz torpaq sahəsinin verilməsi nəzərdə tutulub. Təəssüf ki, qazi ata və oğul kimlərinsə günahı üzündən bu haqqlarından məhrum edilib.
İnanırıq ki, aidiyyatı qurumlar bunun hesabını Göygölün harınlamış torpaq dəllallarından soruşub ədaləti bərqərar edərlər.
Qazi və qazi atası olan şikayətçinin "Demokratik.Az"-a videomüsahibəsini də təqdim edirik:
Сегодня, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Сегодня, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Сегодня, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Сегодня, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Сегодня, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Сегодня, 13:26
Media və Yayım Şurası yaradıldı
Сегодня, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi