“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı”
iqtisadiyyat / texnologiya
Oxunub: 746 875
13 мар 2021 | 13:14
“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı”


“Nar” media nümayəndələrinin də iştirakı ilə keçirilən mətbuat konfransında 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb. Mobil operator 2020-ci ildə müştəriyönümlü strategiyasına sadiq qalaraq xidmətlərini yeni reallıqlara və müştərilərinin dəyişən tələblərinə uyğunlaşdırıb. Həmçinin “Nar” Vətən müharibəsi və koronavirus pandemiyası ilə səciyyələnən bu ildə rəqəmsal kanalların inkişafına xüsusi diqqət ayrıb və müxtəlif sosial layihələrlə cəmiyyətə dəstəyini davam etdirib.

İlin ilk rübündən etibarən karantin məhdudiyyətlərini nəzərə alaraq, mobil operator müştərilərin evdən çıxmadan bir çox xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar”ı istifadəyə verdi. Həmçinin onlayn kanallarla nömrə satışları da aktuallaşıb. Belə ki, narsim.az saytı vasitəsilə minlərlə müştəri yeni “Nar” abunəçisinə çevrilib. Ümumilikdə, səyyar xidmət və onlayn satış kanalları üzərindən 8000-dək sorğu icra edildib

Müştəri təcrübəsinin daha əlverişli olması üçün il boyunca 19 satış nöqtəsi və 3 “Nar” xidmət mərkəzi yeni konseptə uyğun olaraq abunəçilərin istifadəsinə verilib. Məqsəd müştərilərin bütün təmas nöqtələrində vahid və üstün keyfiyyətli xidmət əldə etməsidir. Şirkətin müştəriyönümlü strategiyasının bir parçası olaraq, mağaza və xidmət mərkəzlərinin yenilənməsi bu il də həm Bakı, həm də bölgələrdə davam etdiriləcək.

Mobil operator ötən il boyunca şəbəkə təkmilləşdirməsi işlərinə də davam edib. Ümumilikdə, 150-dən çox yeni baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2700-ü, 3G baza stansiyalarının sayı isə 2800-ü ötüb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Bundan başqa, ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür.

Karantin rejimi müddətində “Nar" müxtəlif kanallar vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə müraciət etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Mobil operatorun rəsmi sosial media səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.

2020-ci il ərzində müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində mobil operatorun müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb. Abunəçilərin seçiminə təsir edən 3 əsas amil zənglər və mobil internet üçün ən yaxşı qiymətlər, şəbəkə keyfiyyətindən razılıq və kəsintisiz zənglər, internet və zənglər üzrə sərfiyyatın hesablanma dəqiqliyi olub. Qeyd edək ki, müstəqil araşdırma şirkətləri tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” müştəri məmnuniyyəti indeksi üzrə liderliyini artıq ardıcıl 2-ci ildir ki, qoruyub saxlayır.

“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı”“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı”“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı”
Сегодня, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Сегодня, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Сегодня, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Сегодня, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Сегодня, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Сегодня, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Сегодня, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Сегодня, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Сегодня, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Сегодня, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Сегодня, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Сегодня, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Сегодня, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk