“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı”
texnologiya
Oxunub: 637 393
30 мар 2021 | 09:57
“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı”


“Nar”ın dəstəyi ilə “chess.az” saytının keçirdiyi “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası başa çatıb.

Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyıb. Seriya “lichess.org” şahmat platforması üzərindən keçirilib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90 faizini əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Сегодня, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Сегодня, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Сегодня, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Сегодня, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Сегодня, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Сегодня, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Сегодня, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Сегодня, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Сегодня, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Сегодня, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Сегодня, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Сегодня, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Сегодня, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk