KURYOZ OLAY: Səhv düşdü, adına ÖLÜM KAĞIZI YAZILDI... - İndi özünü "DİRİLDƏ" BİLMİR...
bolge
Oxunub: 387 166
12 авг 2021 | 13:27
KURYOZ OLAY: Səhv düşdü, adına ÖLÜM KAĞIZI YAZILDI... - İndi özünü "DİRİLDƏ" BİLMİR...


Lənkəranın Cil kəndində maraqlı hadisə baş verib. Kənd sakininin adı sağ ikən ölülər siyahısına salınıb. İndi ölmüş adam sağ olduğunu isbat edə bilmir ki, bilmir. Bu barədə ilk məlumatı bloger Saleh Nəsirli yayıb.
Belə ki, atası rəhmətə getmiş Cil kənd sakini kənd həkimindən ölüm səbəbini açıqlayan arayışı alıb Lənkəran şəhər poliklinikasına müarciət edib. Xəstəxanada sıxlıq və böyük növbə olduğuna görə həkim deyib ki, şəxsiyyət vəsiqəsini və arayışı qoyub, gedin, 2 gün sonra gəlin. Həmin şəxs də bilmədiyi üçün ölən şəxsin yox, özünün şəxsiyyət vəsiqəsini qoyub gedib. Hər şey də bundan sonra başlayıb. 2 gün sonra isə sənədi geri alanda məlum olub ki, klinika atasını deyil, onu ölmüş şəxs kimi qeydiyyata alıb. Məsələ bundadır ki, siyahı Ədliyyə Nazirliyinə və ƏƏSMN-ə göndərildiyi üçün adam artıq “ölüb” , pensiyasını da kəsiblər. İndi çalışıb, vuruşur ki, pensiyasını geri alsın.

Qısası, “ölən şəxs” 2 aydır mübarizə aparır sağ olduğunu isbat eləmək üçün. Etika xatirinə adının çəkilməsini istəməyən vətəndaşın məsələsinin həlli üzərində iş gedir. Lakin bir dəqiqəlik diqqətsizlik nəticəsində yaranmış xətanı bir saata həll etmək mümkün olmur, bunun üçün aylar və xeyli səylər tələb olunur.

Ümumiyyətlə, bu dolanbaclı işlər nə zamana qədər davam edəcək? İndi ki, hər şey bir pəncərədən həll olunur, uzun-uzadı məktublaşmalara gərək yoxdur, komüterlər var, ümumi sistem var.

“Şəxsiyyət vəsiqəmin vaxtı bitib. Yenisini vermirlər ki, peyvənd olunmamısan. Peyvənd də vurmurlar ki, şəxsiyyət vəsiqənin vaxtı bitib. Bəs mən indi nağayrım?”. Öz ləhcəsində çox sadə, bir o qədər gülməli və bir o qədər çətin sualı mənə Ucar sakini verib. Ona görə çətin deyirəm ki, işin məmur ötür- ötürünə düşdüsə, dələ öz karuselində fırlanan kimi düşürsən sonsuz bir çarx dolaşığına.

Varı-dövləti başından aşan bir kişidən soruşurlar ki, sən çox səxavətlisən. Bununla belə varın-dövlətin də başından aşır. Bu qədər pulu necə qazanmısan? Kişi də cavab verir ki, Allahla yarışaraq.” O mənə verdi, mən də insanlara. O verdi, mən verdim... Allaha qalib gəlmək olarmı? Axırda o qazandı”.

Bu əhvalat hökumətimiz və xalqımız üçün bir az tərsinə şəkildə reallaşıb. Hökumətlə yarışırıq. Dövlətdən aldığımızı dövlətə veririk. Cərimə, kommunal xərc, vergi şəklində. O, cürbəcür qərarlar verir, biz cürbəcür cərimələr. O verir, biz də veririk. Bu vurhavurda, verhaverdə cuppulu maaşlarımızla ikimiz də qazanırıq. Dövlət vəsait qazanır, biz sadəcə, yarışı qazanırıq. Alırıq qoz, satırıq qoz, bizə qalır şaq-şaq səsi... //bizimyol.info//
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi