Masallıda “COVİD-19” peyvəndi qalmaqalı - YAP rayon təşkilatının sədri aranı qatıb!
gundem / bolge
Oxunub: 385 184
18 авг 2021 | 15:31
Masallıda “COVİD-19” peyvəndi qalmaqalı - YAP rayon təşkilatının sədri aranı qatıb!


“Həkimin, mollanın, arvadın dediyini eləmə, elədiyini elə!” İndi ölməz Molla Nəsrəddinin bu misralarına Masallı YAP təşkilatının sədri Seyfəddin Əliyevin də adı əlavə edilib. Masallıda bu misralar “Həkimin, mollanın, arvadın və Seyfəddinin dediyini eləmə, elədiyini elə!” şəkilini alıb.

Məsələnin mahiyyəti də budur ki, Seyfəddin Əliyev ətrafındakıları “COVİD-19”a qarşı peyvəndləməyə çağırır, məcbur edir. Peyvəndlənmə kompaniyasının ortasında bəlli olur ki, Seyfəddin Əliyev özünü, ailəsini, qohum-əqrabasını peyvənddən uzaq tutur. Səbəbini soruşan Masallı sakinlərinə də deyir ki, bəs peyvəndin fəsadları ola bilər, gözləyirik nəticə necə olacaq. Hakim partiyanın Masallı Təşkilatının qurultayı ərəfəsində buna görə Masallı sakinləri ilə Seyfəddin Əlyev arasında qovğa yaşanıb, böyük bir mərəkə çıxıb. Bundan sonra Seyfəddin Əliyev vəziyətədn çıxmaq üçün qaynı Şəmkir Kərimovu peyvəndlənmə məntəqəsinə aparıb. Masallıda söhbət gəzir ki, YAP yerli təşkilatının sədri qaynına peyvənd əvəzinə vitamin C vurdurub. Belə iddialar da var ki, 2 oğlu, özü, ailə üzvləri bu gün də peyvəndlənməkdən yayınırlar.

YAP-ın Masallı təşkilatının sədri Seyfəddin Əliyevin adı rayonda olduqca mənfi mövzuların baş qəhrəmanı olaraq çəkilir. Onun hakim partiyanın təşkilat sədri olaraq atdığı addımların cinayət xarakterli olduğu vurğulanır.

Ötən ilin sentyabrında başlanan Vətən Müharibəsi günlərində Seyfəddin Əliyev gənclərin hərbiyə getmələri üçün çağırışlar etdiyi bir vaxtda, məlum olmuşdu ki, özünün 2 oğlundan birini Bakıya qaçırıb. Müharibə dövründə atdığı addımlarına görə bu gün də Masallıda onu “yığışaq, müharibəyə gedin”, ləqəbi verilib. Belə ki, müharibənin qızğın günlərində Seyfəddin Əliyev Masallı əhlinə övladlarını müharibədən yayındırmamaq çağırışları edib. Növbə oğlu, 22 yaşlı Şahin Əliyevə çatanda isə Seyfəddin Əliyev əl-ayağa düşüb. Oğlunu Masallı rayon hərbi komissarlığının qarşısına toplaşmış camaatın gözü qarşısında səfərbərlik avtobusuna mindirib. Avtobus Cəlilabad rayonu ərazisində olanda isə Şahin Əliyevi avtobusdan düşürüblər. Beləcə Şahin Əliyevin müharibəyə getməsinin qarşısı alınıb. İndi də Seyfəddin Əliyev şəhid dəfnlərinə gedib orada vətənpərvərlik mövzularından danışır. Bu isə yerli əhali arasında ikrah hissi yaradır.

Ümumiyyətlə isə Seyfəddin Əliyevin rayondakı fəaliyyəti haqda da çox ciddi məlumatlar var. Ötən ilin iyulunda dələduzluq, rüşvət alma, rüşvət verməyə təhrik etmə ittihamları ilə həbs olunan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyev ibtidai istintaq zamanı Seyfəddin Əliyevin adını çəkib. Qeyd edək ki, Sübhan Zalıyevlə yanaşı həmin kəndin bələdiyyəsinin sədr müavini Əziz Ağayev həbs olunub.

Bundan başqa Seyfəddin Əliyevin qardaşı, Sumqayıt Hərbi Komissarlığında Çağırış Şöbəsinin rəis müavini işlədiyi zaman Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. YAP Masallı təşkilatının sədrinin qardaşı rüşvət aldığına görə 5 il azadlıqdan məhrum edilib.

YAP Masallı təşkilatının sədri hər ay toplanan üzvlük haqlarını özünün şəxsi vəsaiti kimi xərcləməsi barədə də daxil olan məlumatlarda yer alır. Qeyd edilir ki, Masallıda 12 minə yaxın YAP üzvü var. Hakim partiyada üzvlük haqqı isə 1 manatdır. Hər ay 10 min manata yaxın məbləğ təkcə Masallı YAP-çılarının cibindən çıxır və Seyfəddin Əliyevin cibində yoxa çıxır. Masallıdan daxil olan məlumatda o da bildirilir ki, Seyfəddin Əliyevin rayondakı “ölü canlar”la da əlaqələri var. Masallıda müharibədən dönən qaziləri “iş yoxdur” deyib qapıdan yola salırlar. Belə bir vaxtda Seyfəddin Əliyevin qaynı Şəmkir Kərimov təlimatçı vəzifəsində gün keçirir. Halbuki, Şəmkir Kərimov səfərbərlikdən yayınıb. Seyfəddin Əliyevin müharibədən yayındırdığı oğlu Şahin Əliyev də Masallı rayon Kommunal Təsərrüfat Birliyində rəsmi işçidir, amma onu də işdə görən olmayıb. Bundan başqa həyat yoldaşı Masallı Rayon Mədəniyyət evində işçi olaraq qeydiyyatdadır. Baldızı digər kəndlərdən birində işçi olaraq qeydiyyatdadır. //istiqlal.az//
Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk