Şəkidə meşələrə KİM QƏNİM KƏSİLİB? - İDDİA
gundem / bolge
Oxunub: 404 738
26 авг 2021 | 14:57
Şəkidə meşələrə KİM QƏNİM KƏSİLİB? - İDDİA


“Meşəyə insan gəlir” çizgi filminə yəqin ki, çoxları baxıb.
Filmin məzmunu belədir ki, insan meşədə görünən kimi, bütün heyvanlar qorxularından təşvişə düşürlər.
Heyvanlara elə gəlir ki, insan bu dəqiqə meşəni də məhv edəcək, heyvanları da kəsib yeyəcək, hər yeri yandıracaq, ağacları kəsəcək, od vuracaq və s.
Ancaq hər şey heyvanların düşündükləri kimi olmur, tam əksinə olur. İnsan meşədəki ağaclara və heyvanlara qayğı ilə yanaşır, hətta, onları yanğın təhlükəsindən xilas edir. Bunu görən heyvanlar sakitləşirlər, sevinirlər. Və meşədə həyat öz əvvəlki təbii məcrasına düşür.
Bu çizgi filmini nə üçün xatırladıq ?
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinə təzə müdir təyin edib.
Təzə deyiləndə, bu adam, yəni Sərxan Əliyev köhnənin…meşə qıranıdır.
Sərxan Əliyev Qax rayonunda ETSN-nin Qax Meşə Təsərrüfatı idarəsinin müdiri vəzifəsində işləyən zaman törətdiyi saysız -hesabsız korrupsiya əməllərinə görə 2018-ci ildə vəzifəsindən azad edilmiş, hətta barəsində cinayət işi qaldırmaq istəyiblər.
Lakin 2019-cu ildə nazir Muxtar Babayev tərəfindən yenidən daha yüksək vəzifəyə, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinə müdir təyin edilmiş və 2020-ci ildə ilkin olaraq Qax –Şəki zonasındakı sıx meşə fondunun cəmi 2200 ha ərazisinin kürünərək məhv edilməsinə icazə vermiş, hal hazırda da Baş Layısqı və Baş Göynük kənd yolları arasında yerləşən 300 ha qalın meşə zolağının da traktorlarla kürünməsinə icazə vermiş, eləcə də Oğuz-Şəki magistral yolunun sağ tərəfindəki Oraban meşə ərazisinin 650 ha sahəsini ağır texnikanın köməkliyilə kürütdürərək yerini işbazlara satmışdır.
Təsəvvür edirsiniz, söhbət 5-10 sot meşə ərazisindən getmir e, min hektarlarla meşə ərazisinin satılmasından, yüzlərlə, minlərlə ağacların məhv edilməsindən gedir.
Görəsən nazir Muxtar Babayev vəzifəsindən qovulan Sərxan Əliyevin nəyinə aşiq olmuşdu ki, ona daha böyük vəzifə verdi ?
Əlbəttə, puluna, fərasətinə, meşələri məhv etmək bacarığına və s.
Əlbəttə, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşələrin İnkişafı Depertamentinin Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Sərxan Əliyev tabeçiliyində olan Qax, Şəki və digər rayonların meşə fondu ərazilərini özbaşına olaraq işbazlara icrəyə verə bilməzdi. Çünki bu boyda cinayəti törətmək üçün mütləq nazir icazə verməli idi. Və haqqını almışdı.
Bu gün həmin zonada meşədə ağac kəsiləndə, meşədə şübhəli bitkilər aşkar olanda, meşədən qəribə qoxu gələndə hamı birağızdan deyir ki, bu Sərxanın işidir. Artıq həmin zonada “Meşəyə Sərxan gəlib..” sözləri zərb-məsələ çevrilib.
Bəli, bu özünü islahatçı hesab edən, gənc nazir Muxtar Babayevin əməllərinin xırda bir hissəsidir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi nazir Muxtar Babayev əmisi oğlu, nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayevlə birgə təzə biznes yaradıblar. Ağacları bir yerdən başqa yerə köçürməklə yüz minlər, milyonlar qazanırlar.
Bizə elə gəlir ki, nazir Muxtar Babayevin özünü və əmisi oğlunu başqa yerə köçürməyin vaxtı çatıb. //gundelik-baku.com//
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi