İmişlidə narkotiklə mübarizədə polis rəisi Fizuli Şıxəliyev niyə ləng hərəkət edir ?- Səbəb qocalıq, fiziki yorğunluqdur, yoxsa ..?

İmişlidə narkotiklə mübarizədə polis rəisi Fizuli Şıxəliyev niyə ləng hərəkət edir ?
Səbəb qocalıq, fiziki yorğunluqdur, yoxsa ..?
Yaxşı olar ki, təqaüdçü rəis vaxtını fermasında keçirsin
Narkotiklərdən istifadənin bir qlobal bəla olduğu heç kimə sirr deyil.
Bunun mənəvi dəyərləri sıradan çıxardığı, millətin genefondunu məhv etdiyi, milli bəlaya çevrildiyi bəllidir.
Bütün bunları nəzərə alan Azərbaycan höküməti sözün tam mənasında bu fəlakətə qarşı bütün gücü ilə mübarizəyə başlayıb.
Bu məsələdə başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirlıyinin əməkdaşları son bir neçə ayda bütün güclərini ortaya qoyublar.
Bir məsələni açıq demək lazımdır ki, ölkəmizdə hər şeyi qara görən, görmək istəyənlər də var. Hətta bu tip şəxslər də sosial şəbəkələrdə cənab nazirin bu fədakar mübarizəsini ikiəlli dəstəkləyirlər. Bütün bunlar sevindiricidir.
Amma bir məsələni nəzərə almaq lazımdır ki, narkotiklə mübarizə 3 günün, 5 günün, yaxud 5 ayın işi deyil, yəni uzun müddətli məsələdir. Ona görə də cənab nazirlə bərabər Daxili İşlər orqanlarında çalışan sıravi və zabit heyəti də bu mübarizəyə hər mənada hazır olmalıdır.
Biz kiminsə fəaliyyətini qaralamaq fikrindən uzağıq.
Sadəcə, istəyimiz odur ki, cənab nazir necə formada və gücdədirsə, necə qətiyyətlidirsə, onun komandası da elə olmalıdır.
Məsələn, yaş müddəti keçmiş, artıq formada olmayan, fiziki imkanları tükənmiş şəxslər yaxşı olar ki, zamanında kənara çəkilsinlər. Ki, yuxarıda qeyd etdiyimiz problemlər tam həll olunsun.
Axı, polis sistemi deyəndə daha çox fiziki hazırlıq, formada olmaq göz önünə gəlir.
Bizdə olan məlumata görə, İmişli rayonunda narkotiklərə qarşı mübarizə lazım olan səviyyədə deyil. Bunun səbələrindən biri də İmişli Rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyevin təqaüd yaşını çoxdan keçməsidir.
Əlbəttə, zamanında Fizuli Şıxəliyevin də xidmətləri olub və danılmazdır. Amma bu günkü çətin və mürəkkəb işlərdə fiziki imkanlar da çox vacibdir. Yəni yorğun qocaların öz vəzifəsini enerjili gənclərə verməsinin zamanı çoxdan çatıb. Axı, bu yaşdan sonra cənab rəisin “turnikdə dartınan” vaxtı deyil.
Bəli, dövlətimiz Fizuli Şıxəliyev kimi polis zabitlərinə yüksək təqaüd verir, hər cürə təmin olunurlar.
Həm də hər bir vətəndaşın istirahət hüququ olduğu kimi cənab rəis də bu hüququndan istifadə etməlidir.
O da məlumdur ki, Fizuli Şıxəliyevin İmişli-Kürdəmir yolunun kənarında yaxşı özəl təsərrüfatı var. Yaxşı olar ki, cənab rəis vaxtını çayxanalarda kənar şəxslərlə deyil, öz fermasında keçirsin.
Cənab Şıxəliyev onu da nəzərə alamalıdır ki, rayonun sabiq icra başçısı, hazırda həbsxana həyatı yaşayan Vilyam Hacıyevin məhkəməsi yaxınlaşır.
Məhkəmədə ortaya müxtəlif suallar çıxacaq. Məsələn, cənab rəis keçmiş icra başçısı ilə işbirliyində olubmu ?
Olubsa, suallara cavab verməlidir.
Məsələn, müstəntiqlər rəisə sual verə bilər ki, rayonda əlil və şəhid ailələri üçün inşa edilmiş sosial evlərdən neçəsini və neçəyə icra başçısı kimlərə satıb ?
Cənab Şıxəliyev özü şəhid ailələri siyahısında varmı ?
Sonra bu gün yuxarıda qeyd etdiyimiz kimi narkotiklərə qarşı ciddi mübarizə gedir.
Görəsən, cənab rəis bu məsələdə niyə ləng hərəkət edir ?
Səbəbi fiziki qocalıq, yorğunluqdur, yoxsa başqa səbəblər var ?
Cənab Şıxəliyev, özünüz də görürsünüz ki, qurdaladıqca, ortaya bir düyün suallar çıxıacaq. Bunlar sizə lazımdır ?
Ona görə də zamanında və sakitcə getməyi bacarın.
Sizə xoş istirahətlər arzulayırıq.

Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk