"Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu”
Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.*
Mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell"in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.
“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz Bakcell abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti Bakcell şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün Bakcell şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.
“Ookla tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Сегодня, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Сегодня, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Сегодня, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Сегодня, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Сегодня, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Сегодня, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Сегодня, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Сегодня, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Сегодня, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Сегодня, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Сегодня, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Сегодня, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Сегодня, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk