İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb
Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...
Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Neftçaladan PİA.az-a verilən məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.
Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.
Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.
Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.
Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.
Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
pia.az
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi