AAYDA-nın ÖLÜM YOLU... - NƏ VAXTA QƏDƏR...

Ölüm yolu... Zağulbadan Mərdəkan döngəsinə 500 metr qalmış yolu belə adlandırmaq olar. Burada yolun sürət həddi 110 km/saatdır. Ancaq yolu keçmək istəyn piyadalar üçün nə üst keçid var, nə piyada zolağı, nə alt keçid. Yəni bu yolda sürət həddini 110 təyin edən zaman yolu keçmək istəyən piyadalar nəzərə alınmayıb.
Hər il ərazidə piyada ölümü ilə nəticələnən avtomobil qəzaları baş verir. Ötən il də həmin yolda 4 nəfər yolun qurbanı olub. Uşağını məktəbə aparmaq istəyən, yolun o biri tərəfində işi olan kimsə ya uçaraq keçməlidir, ya da “Kәlmeyi-şəhadət”ini dilinə gətirəndən sonra. Yoxsa, başqa yol yoxdur...
Sakinlər yolda piyada keçdinin olmaması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Görünür, bu məktublaşmalar icra hakimiyyətinin xoşuna gəlib ki, illərdir bu beləcə davam edir.
“Zağulbadan Mərdəkan döngəsinə gedərkən döngəyə 500 metr qalmış yol üzərində tez-tez piyada ölümü ilə nəticələnən qəzalar baş verir. “Mərdəkan Broyler” tərəfdə yaşayan sakinlər övladlarını məktəbə aparmaq üçün Zağulba yolunun qarşı tərəfinə keçmək məcburiyyətindədirlər”,- bu barədə Bizimyol.info saytına yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. Onlar qeyd edib ki, uzun illərdir bu məsələ ilə bağlı aidiyyatı orqanlara məktubla müraciət ediblər. Nəticə də yoxdur.
“Yolun sürəti 110 km/saatdır. Yolda piyada keçidi yoxdur. Bu yoldan yaşlıların, uşaqların, hamilə qadınların keçməsi ölüm deməkdir. Biz məsələ ilə bağlı müraciətlərimizi etmişik. Ən son Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA - red.) ərazidə piyada keçidi salacağı bildirildi. Amma heç bir nəticə yoxdur. Deyilənə görə, orada üst keçid nəzərdə tutulub, amma nə zaman bilmirik...”, - deyən ərazi sakinləri qeyd edir ki, yaxın zamanlarda da orada piyada ölümü ilə nəticələnən qəzalar baş verib. Üç nəfər - bir yaşlı qadın, bir də ana-bala yolu keçərkən avtomobil vuraraq onların həyatına son qoyub.
Vətəndaşlar artıq kimə müraciət edəcəklərini bilmirlər. Haqlıdırlar. Əgər məsul qurumlar bu məsələni ötür-ötür oyununa çeviribsə, məsələyə bir “dur” deməyin zamanı yetişib. Hər il onlarla piyadanın avtomobil qəzasına düşdüyü təhlükəli bir yolda piyada keçidi qurulmursa edilmirsə, ya aidiyyatı qurumlar işləmir, ya da ölən piyadalar onlar üçün maraqlı deyil və yaxud vəsait ayırmaq istəmirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobol Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Hələ də qurumun cavabını gözləyirik. Gözləyirik ki, görən AAYDA hər an həyat təhlükəsi ilə qarşı-qarşıya qalan sakinləri “Ölüm yolu"ndan nə zaman qurtaracaq. Cavabı sizinlə də bölüşəcəyik.
Bizimyol.info
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı