Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
bolge
Oxunub: 0
18 сен 2026 | 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir


Belə anlaşılır ki, Rusiya hərbi bazası əvvəlki dövrlərdən fərqli olaraq, indi artıq rəsmi İrəvanın Kremllə münasibətlərində toxunulmaz mexanizm deyil... Və yaxın gələcəkdə Ermənistandakı Rusiya hərbi bazası da rəsmi İrəvanın prinsipial siyasi qərarlarının açıq hədəf predmetinə çevrilə bilər...
Ermənistanın Rusiya ilə münasibətlərində illərlə yığılmış ziddiyyətlər artıq sadəcə, fərqli siyasi-diplomatik bəyanatlarla məhdudlaşmayan geostrateji dönüş mərhələsinə daxil olmuş kimi görünür. Belə ki, rəsmi İrəvan bir tərəfdən, Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın fəaliyyətini dondurub. Digər tərəfdənsə, Avropa Birliyinə inteqrasiya istiqamətində siyasi və hüquqi hazırlıqları sürətləndirməyə çalışır. Ancaq bununla belə, Ermənistanın xarici siyasət kursundakı transformasiyanın qarşısındakı ən həssas əngəlləyici faktorlardan biri hələ də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın son açıqlaması rəsmi İrəvanın KTMT ilə bağlı mövqeyinin hazırda dəyişməz qaldığını göstərir. Belə ki, Alen Simonyan bu təşkilatda fəaliyyətin dondurulmasının Ermənistanın etibarlı tərəfdaş kimi reputasiyasına hər hansı ciddi təhlükə yaratmadığını bildirib. Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizlik gözləntilərinə qətiyyən cavab verməyib. Və ona görə də, rəsmi İrəvan ölkənin milli maraqlarını bu təşkilatın reputasiyasından daha üstün tutub.

Təbii ki, rəsmi İrəvanın bu yanaşma tərzi, Ermənistanın KTMT-dən uzaqlaşmasını müvəqqəti siyasi etirazdan daha genişmiqyaslı geopolitik prosesə çevirir. Belə ki, rəsmi İrəvan faktiki olaraq, Rusiyanın patronajlığı altında olan bu hərbi-siyasi alyansın Ermənistanın gələcək təhlükəsizlik arxitekturasında əvvəlki önəmini qoruyub, saxlaya bilməyəcəyini nümayiş etdirir. Yəni, belə anlaşılır ki, Ermənistan Rusiya ilə təhlükəsizlik münasibətlərini artıq əvvəlki status-kvo çərçivəsində davam etdirmək istəmədiyini qətiyyən gizlətmir.

Ancaq nə qədər qəribə də olsa, bu geopolitik proseslə bağlı müzakirələr və atılan addımlar Rusiyanın Ermənistandakı hərbi bazasına çatanda vəziyyət ciddi şəkildə dəyişməyə başlayır. Baş nazir Nikol Paşinyan bildirib ki, 2018-ci ildən üzübəri prezident Vladimir Putinlə çoxsaylı görüş və telefon danışıqları aparmasına baxmayaraq, heç vaxt Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı məsələ qaldırmayıb. Və onun sözlərinə görə, Ermənistanın heç bir rəsmi nümayəndəsi də belə bir tələblə Rusiyaya müraciət etməyib.

Əslində, ilk baxışdan, erməni baş nazirin bu açıqlaması rəsmi İrəvanın Rusiya hərbi bazasına münasibətində daha ehtiyatlı mövqe tutmağa çalışdığını göstərir. Ancaq baş nazir Nikol Paşinyanın bu barədə digər bəyanatları isə məsələnin mahiyyətini ciddi şəkildə dəyişir. Belə ki, baş nazir Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, Kreml Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, rəsmi İrəvan buna qətiyyən etiraz etməyəcək. Ancaq bununla belə, erməni baş nazir Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıması barədə iddiaları da reallıqdan tamamilə uzaq hesab edir.

Bütün bunlar əslində, həm də Rusiya və Ermənistan arasındakı münasibətlərdə artıq tamamilə yeni situasiyanın yaranmaqda olduğunu göstərir. Belə ki, rəsmi İrəvan Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını açıq şəkildə tələb etmir. Ancaq bununla belə, rəsmi İrəvan həmin hərbi bazanın Ermənistanda qalmasını da ölkənin təhlükəsizliyinin dəyişməz şərti kimi ön plana çıxartmır. Yəni, belə anlaşılır ki, Rusiya hərbi bazası əvvəlki dövrlərdən fərqli olaraq, indi artıq rəsmi İrəvanın Kreml ilə münasibətlərində toxunulmaz mexanizm deyil. Və yaxın gələcəkdə Ermənistandakı Rusiya hərbi bazası da rəsmi İrəvanın “ehtiyat gizli planı” kimi görünən prinsipial siyasi qərarının hədəf predmetinə çevrilə bilər.

Təbii ki, Kremlin bu məsələ ilə bağlı mövqeyi rəsmi İrəvandan ciddi şəkildə fərqlənir. Üstəlik, Rusiyanın siyasi dairələri Paşinyan hakimiyyətinin davranışlarından narahatlıq keçirdiklərini gizlətməkdə də açıq-aşkar çətinlik çəkirlər. Kreml Rusiya hərbi bazasını Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının ən önəmli mexanizmi kimi təqdim etməyə çalışır. Halbuki, Kreml üçün əsas məsələ yalnız Ermənistandakı hərbi kontingentin bu ölkədə saxlanılması ilə məhdudlaşmır. Yəni, Kreml Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağı təqdirdə, özünün Cənubi Qafqazdakı digər təsir mexanizmlərini daha sürətlə itirə biləcəyini də çox yaxşı anlayır.
Ona görə də, Kreml Rusiya hərbi bazası ilə bağlı siyasi mübahisələri Ermənistan cəmiyyətinə də ötürməklə, dəstək axtarışına cəhd göstərir. Belə ki, Rusiyanın Ermənistandakı agentira şəbəkəsinə daxil olan bəzi müxalif siyasi dairələr rus hərbi kontingentinin plkədən çıxarılmasının yolverilməz olduğunu erməni toplumuna təlqin etməyə çalışırlar. Kremlin təlimatlarını icra edən bu siyasi dairələrin əsas arqumenti ondan ibarətdir ki, guya Rusiya hərbi bazası çıxarılarsa, Ermənistan ordusu, xüsusilə də, Türkiyə sərhədinin mühafizəsi baxımından, olduqca ciddi problemlərlə üzləşə bilər.

Ancaq rəsmi İrəvan Rusiyaya alternativ təhlükəsizlik və siyasi tərəfdaşlıqlar qurmağa çalışmaqla, Kremlin agentura şəbəkəsinin iddialarını boşa çıxarır. Belə ki, Ermənistan son illərdə Qərb ölkələri ilə müdafiə əməkdaşlığını genişləndirir. Eyni zamanda, rəsmi İrəvan ABŞ və Avropa Birliyi ilə də münasibətləri dərinləşdirir. Bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyəti həm Azərbaycan, həm də Türkiyə ilə siyasi-diplomatik normallaşma proseslərini paralel şəkildə Ermənistanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevirir. Və bununla da, Cənubi Qafqazda Ermənistan üçün yeni savaş təhlükəsinin olmadığını ön plana çəkir.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın yeni geopolitik şərtlərə transformasiya olunmuş strategiyasının siyasi mərkəzində isə məhz Avropa Birliyi ilə yaxınlaşma hədəfi dayanır. Belə ki, Kremlin bütün etirazlarına baxmayaraq, Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı siyasi prosesə başlamağa hazırlaşdığını bildirir. Və üstəlik, Ermənistan parlamentində Avropa Birliyinə üzvlük prosesinin başlanmasına yönəlik qanunun qəbul edilməsi isə bu siyasi kursun prinsipiallığını daha da gücləndirir.
Belə vəziyyətdə isə Rusiyanın Ermənistana daha sərt şəkildə təzyiq göstərməkdən başqa çıxış yolu qalmır. Ona görə də, Kreml Ermənistanın Avropa Birliyinə yaxınlaşmasının Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ilə hüquqi və iqtisadi ziddiyyətlər yarada biləcəyini qabartmağa çalışır. Və hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə son açıqlamasında Ermənistanın Avropa Birliyinə üzvlük perspektivini ciddi şübhə altına alaraq, bu prosesin real nəticələrindən çox-çox uzaq qalacağına eyham vurub.

Təbii ki, Kremli hələ də ümidləndirən əsas faktor Ermənistanın Rusiya ilə mövcud olan iqtisadi əlaqələridir. Belə ki, rəsmi İrəvan müəyyən addımlar atmağa çalışsa da, Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılıqlarını eyni sürətlə aradan qaldırmaq imkanında deyil. Ona görə də, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və enerji sektorunda Kremlin çəkisi hələ də çox yüksəkdir.

Bu reallıq Paşinyan hakimiyyətini Kremldən siyasi və təhlükəsizlik baxımından uzaqlaşmanın əksinə olaraq, Rusiya ilə mövcud iqtisadi əlaqələri daha yaxşı zamanlara qədər qopumaq barədə düşünməyə məcbur edir. Bu baxımdan, rəsmi İrəvan Kremlə münasibətdə bəzi məsələlər ilə bağlı hələ uzun müddət daha ehtiyatlı davranmaq məcburiyyətində qala bilər. Ancaq Paşinyan hakimiyyətinin Kremlə “soyuq savaş” acdığı, “gizli plan”ın ifşa olduğu və Ermənistanın Rusiya hərbi bazasını əsas hədəfə çevirməyə çalışdığı bir situasiyada bunun mümkün olub-olmayacağı da müəmmalı xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Вчера, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Вчера, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Вчера, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Вчера, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
17-09-2026, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
17-09-2026, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
17-09-2026, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
17-09-2026, 15:24
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
17-09-2026, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında