Cavid Qurbanovun qumar MONAPOLİYASI... - "Topaz" rəqiblərini belə sıradan çıxarır
Azərbaycanda mərc oyunları ümummilli bəlaya çevrilib, vəziyyət o qədər ağırlaşıb ki, bukmeyker bazarı adı altında ölkədə böyük sosial bəlalara səbəb olan qoumar oyunları indiyə qədər on minlərlə ailənin dağılmasına və intiharlara da səbəb olub. Heç kəsə sirr deyildir ki, ölkədə ən məşhur qumar biznesinin - "Topaz"ın başında "Azərbaycan Dəmir Yolları" ASC-nin sədri Cavid Qurbanov dayanır. Sərhədsiz biznes imperiyasaına sahiblənən C.Qurbanovun "Topaz" biznesi hazırda dövlətçilik üçün də ciddi təhdid vasitəsinə çevrilib. İnsanlar müxtəlif reklam üsulları ilə aldadılır, onlar bukmeyker bazarına cəlb edilir və nəticədə bütün əmlakı, maaşı, dolanışıq xərcləri əlindən çıxır.
Təbii ki, ilk verilən reaksiya belə də ola bilər: "İnsanların ağlı varsa, etməsin...". Amma qəbul etmək laızmdır ki, hamı eyni ağıl və düşüncə səviyyəsinə sahib deyil, cəmiyyətimizdə iradəsiz, əziyyət çəkmədən və ən asan yolla pul qazanmaq istəyən insanlar da az deyil. İndi nə etməliyik? Qumar biznesi qurub hər kəsin pulunu, evini əlindən almalıyıq!?
C.Qurbanovun "Topaz" biznesini uzun müddət Vəsilə Abdulova idarə edirdi. V.Abdulovanın daha bu işlə məşğul olmadığı bildirilsə də, əslində bu məlumatlar iz azdırmaq niyyəti güdür. Ən dəhşətlisi budur ki. V.Abdulova C.Qurbanovun sədri olduğu "ADY" ASC-də maliyyə idarəsinin rəis müavinidir. Vaxtilə Xətayi rayonunda kirayələrdə yaşayan, borc-xərc içərisində üzən V.Abdulovanın xalqın qumara bulaşması hesabına və C.Qurbanovun çətiri altında var-dövlətə sahib olması ağlasığmazdır. Cəmi 5 il ərzində Bakının ən prestijli yerlərində villalara, mənzillərə sahiblənən bu qadını qorumaq üçün C.Qurbanov xüsusi canfəşanlıq nümayiş etdirirdi.
Redaksiyamıza daxil olan məlumata görə, C.Qurbanov "Topaz" biznesini indi də "ADY" ASC-nin sədr müavini Vüsal Aslanova tapşırıb.
Vaxtilə 19 milyonluq alqı-satqı anlaşmasınadək "TOPAZ”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yəni, "Topaz" xalqı rəsmən soyur, insanların müflis olması, aldadılması hesabına əldə oluna gəlirlərlə C.Qurbanov özünün və övladlarının biznes imkanlarını daha da artırır.
Başqa bir məlumata görə, C.Qurbanov növbəti parlament seçkilərində V.Abdulovaya "deputat mandatı" hədiyyət etmək niyyətindədir. Belə çıxır ki, kimliyi bilinməyən, qurmardan gələn pullarla varlanan bir qadın ölkənin ali qanunverici orqanına üzv kimi "seçiləcək" və bu dəfə soyduğu insanları parlamentdə təmsil etməli olacaq.
Əslində C.Qurbanovun deputat təyin etdirmək "təcrübəsi" böyükdür və buna da inanırıq. Xüsusilə qadınların deputat mandatı qazanmasında ciddi rol alan C.Qurbanov əvvəllər "vurulan" bir neçə şəxsi də parlamentə salmağı bacarıb. Məsələn, uzun müddət Z.Məmmədov-E.Məmmədov qardaşlarının çətiri altında mandat daşıyan Jalə Əliyeva bu dəfə məhz C.Qurbanovun sayəsində mandatını qoruyur.
Hər halda nə qədər qazanc mənbəyi olsa da, dövlətçiliyin əsaslarını sarsıdan "Topaz"la bağlı ortaya ciddi iradə qoyulmalıdır. Artıq C.Qurbanov bukmeyker bazarındakı bütün rəqiblərini də sıradan çıxarıb, özünə alternativ qoymayıb. O, digər mərc oyunlarının ölkədəki təbliğini, pul yatırımlarını demək olar ki, tamamilə kəsib. Ortada təkcə "Topaz" qalıb. Deməli, 10 milyonluq xalqı soymaq missiyasını "Topaz" tək öz üzərinə görtürüb.
Azsiyaset.com
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı