“Tik-tok” da “By MG” kabusu – Yusif Qədimbəylinin oğlu milyonları necə dağıdır?!
gundem / sosial
Oxunub: 418 419
31 янв 2022 | 13:51
“Tik-tok” da “By MG” kabusu – Yusif Qədimbəylinin oğlu milyonları necə dağıdır?!


Artıq bir müddətdir ki, sosial şəbəkələr arasında “Tik-tok”a maraq kəskin artıb. Bununla da bu sosial şəbəkənin istifadəçilərinin sayı gündən-günə durmadan çoxalır.

İnterpress.az Azərbaycanda istifadəçilərin sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı araşdırma aparıb.

“Tik-tok” Azərbaycan seqmentində də insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradır.

Eyni zamanda, sosial şəbəkələr mədəni maarifçilik təbliğatı baxımından da əlçatan bir vasitədir. Azərbaycan vətəndaşları sosial şəbəkələr vasitəsilə həm azərbaycançılıq ideologiyasını, həm Azərbaycan həqiqətlərini, həm də dövlətimizin maraqlarına xidmət edən informasiyaları sərhədləri aşan dünya istifadəçiləri arasında bölüşür və müzakirələr aparırlar.

Həmçinin, bu gün ölkəmizin gənc, ictimai-siyasi arenada aktiv fəaliyyətlə məşğul olan vətəndaşları tərəfindən sosial platformalar üzərindən ictimai-siyasi müzakirələr aparılır, hansısa problemli mövzuya həsr olunmuş canlı yayımlar, video bağlantılar icra edilir və beləliklə, fikir mübadiləsi aparılaraq çıxış və həll yolları axtarılır.

Amma təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələr bəzi istifadəçilər tərəfindən reket-təbliğat maşınına çevrilib. Adətən, sosial şəbəkələr xaricdə Azərbaycana qarşı kin, nifrət püskürən bir qrup azərbaycanlılar tərəfindən təhqir platforması kimi istifadə olunur. Onlar bütün günü ölkəmizə, ölkəmizdə görülən işlərə, gündən-günə çiçəklənən dövlətçilik ənənələrimizə təhqirlər yağdırır, Azərbaycan dövlətini, millətini və xalqını sevənləri isə söyüş atəşinə tuturlar.

Məlumdur ki, bunlar xaricdəki anti-Azərbaycan kampaniyasının sifarişçiləridir və hansısa qrant müqabilində verilən tapşırıqları icra edirlər.

Bununla yanaşı, təəssüflər olsun ki, ölkəmizin daxilində də sosial şəbəkələrdən təhqir platforması kimi istifadə edən vətəndaşlarımız var.

Bunlardan biri də “Cənnət bağı” Şirkətlər Qrupunun və “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəylidir.

Əvvəllər Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun köməkçisi işləmiş Mehman Qədimbəylinin adı hər zaman mətbuatda qalmaqallarda hallanıb.

O, hələ bir müddət əvvəl mətbuatın gündəminə özünə bahalı toy mərasimi keçirməsi ilə gəlmişdi. Toy mərasiminə dünyaca məşhur müğənniləri dəvət edən iş adamının keçmiş məmur oğlunun onlara milyonlar xərclədiyi ilə bağlı mətbuatda yazılar dərc olunub. Ümumilikdə isə, Mehman Qədimbəyli məmur olanda da, ondan sonra da və bu gün də insanların şikayətləndiyi şəxslərdəndir.

Aydın şəkildə deyə bilərik ki, bu gün Sədərək Ticarət Mərkəzinin sahibinin oğlu “Tik-tok”da bazar açıb. O, “By MG” adı ilə “Tik-tok”da əməlli-başlı trol dəstəsi yaradıb.

Oliqarx Qədimbəyli burada xüsusi siniflər yaradaraq onu tənqid edən istifadəçiləri təhqir etdirir. Eyni zamanda, xoşu gəlməyən şəxsləri təhqir edən canlı yayımlara öz dəstəyini nümayiş etdirir. Bu dəstəyi o külli miqdarda pulla həyata keçirir.

Misal olaraq, onun xoşuna gəlmədiyi hansısa şəxs canlı yayım açaraq çıxış edirsə, oliqarx Mehmanın mafiyası hərəkətə keçir və canlı yayım açana təhqirlər yağdırırlar. Bu təhqirlərə qoşulanlara da hədiyyələr göndərilir ki, onu daha çox söysünlər.

Belə ki, “Sədərək Yusif”in oğlu “Tik-tok”dakı bu cür videolara, canlı yayımlara gün ərzində 5-10 min dollarlıq hədiyyələr göndərir.

Bundan əlavə, iddialara görə Mehman Qədimbəyli “Tik-tok”da çılpaq qız videolarına, milli-mənəvi dəyərlərimizə zidd olan əxlaqsız canlı yayımlara da yüksək məbləğdə pul hədiyyələri göndərir.

Qeyd edək ki, yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı