“Şeytan yuvası” ətrafında çənbər daralır - separatçılar Bakıdan əfv üçün sıraya düzüləcək

Qarabağdakı oyuncaq rejimin son çırpıntıları; Araik Arutyunyan onun sonuncu “prezidenti” olacaq...
Post-müharibə dönəmində Azərbaycanın Qərb üçün artan önəmi, “demokratik” Ermənistanın isə sıfırlanan əhəmiyyəti artıq danılmaz faktdır. Ukrayna böhranı fonunda isə ölkəmizin energetik və geosiyasi əhəmiyyəti bir az da böyüyüb. İki gün öncə NATO Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng eləməsi buna şübhə saxlamadı.
Sözsüz ki, söhbət yalnızca Azərbaycanın qitənin qaz təchizatına əlavə töhfə verməsindən getmir. Ümumın NATO-nun aparıcı üzvlərindən olan Türkiyə ilə xüsusən də Şuşa Bəyannaməsindən sonra faktiki “ət-dərnaq” kimi olan ölkəmizin Cənubi Qafqazda oynadığı açar roldan gedir. Başqa sözlə, Azərbaycan artıq NATO-ya da “bir köynək” yaxın hesab edilə bilər. Hərçənd ölkəmiz Qoşulmama Hərəkatının üzvü olaraq qalır, Bakının sürətlə Türkiyə tipli ordu quruculuğuna keçidi hədəflədiyi də faktdır.
*****

Kapitulyant Ermənistan isə hələ də köhnə əyyamlardan qurtula və yeni gerçəkliklə barışıb Azərbaycanın regionda dominant rolunu qəbul edə bilmir. Rəsmi İrəvan Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq əvəzinə, hələ də köhnə və uğursuz ssenarilərə ümid bəsləyir, xam xəyallarla yaşayır. NATO Baş katibinin Bakıya zəng vurduğu gün Ermənistan tərəfdən Kəlbəcərlə yanaşı, Tovuz istiqamətində də bölmələrimizin atəşə tutulması qənaətimizi bir daha təsdiqləyir. Özü də maraqlıdır ki, qarşı tərəf uzun müddətdən sonra Tovuz istiqamətində - strateji neft-qaz kəmərlərinin keçdiyi ərazinin yaxınlığında da fəallaşmağa başlayıb. Bu, düşmənin özfəaliyyətidirmi, yoxsa vassal ölkənin yiyəsinin təlimatı, az sonra biləcəyik.
Reallıq belədir ki, Ermənistan günü bu gün də özünün olmayan önəmini Rusiyaya, Qərbə göstərmək üçün dəridən-qabıqdan və hər cür oyundan çıxır. Lakin Rusiyanın marioneti kimi qalmaqda davam edən Ermənistanı indi nə Qərb “demokratiya adacığı” sayır, nə də o, Rusiyadan ötrü hansısa ciddi dəyərdədir. Moskva üçün Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingenti hazırda daha böyük əhəmiyyət daşıyır.
*****
Bu arada Rusiya Dövlət Dumasının Ukraynadakı separatçı qurumların (“DNR” və “LNR”) “müstəqilliyini” tanıması və Putinə bunun təsdiqi üçün müraciət eləməsi İrəvanda sevinc hissi ilə yanaşı, Moskvaya qarşı qəzəbli ovqat yaradıb. Erməni siyasi yazarlardan biri isə öz məqaləsinə elə bu cür də başlıq qoyub: “Artsax”ın “DNR” və “LNR”dən nəyi pisdir?" Yəni Moskva niyə “artsax”ın da “müstəqilliyi”ni tanımasın?
Bədbəxtlər hələ də anlamaq istəmirlər ki, Rusiyaya Qafqazda “ikinci erməni dövləti” yox, “erməni kartı” lazımdır. Yəni Moskva, sadəcə, onlardan alət, vasitə kimi istifadə eləməklə regionda öz maraqlarını qorumağa, “parçala, hökm sür” siyasətini sürdürməyə çalışır. Bundan artığı onun imkanları xaricindədir. Çünki Türkiyə amili var, Azərbaycan isə Ukrayna və ya Gürcüstan deyil.

İndi nə dərəcədə Rusiya öz hədəflərinə nail olub və ya olacaq, bunu da zaman göstərəcək. Lap dəqiqi, 2025-ci ilin ortalarında bilinəcək. Lakin gerçək belədir ki, Azərbaycan qardaş Türkiyə ilə siyasi-hərbi tandemdə Moskvaya bu “kartdan” axıradək istifadə eləməyə imkan verməyəcək. Necə ki, az öncə ruslar “Artsax polisi” olayı ilə əməllicə əsəblərimizlə oynamağa çalışmışdılar. Lakin sonra məlumat gəldi ki, Rusiya kontingentinin rəhbərliyi bir daha belə bir insidentin təkrarlanmayacağına söz verib.
Yaxud iki gün öncə Qarabağda erməni separatçılarının rus hərbçilərinin qoruması altında və “kənd təsərrüfatı işləri” bəhanəsi ilə səngər qazıyıb istehkam işləri görməyə cəhd göstərməsi və ordumuzun bunun qarşısını qətiyyətlə alması. Yazı hazırlanarkən isə məlum oldu ki, özünü uydurma “dqr”in “təhlükəsizlik şurasının katibi” sayan, Bakının beynəlxalq axtarışa verdiyi quldur Vitali Balasanyanın təşəbbüsü ilə 2022-ci ilin fevral-may aylarında “arsax müdafiə ordusunun maddi-texniki bazasında” hərbi təlimlər keçiriləcək. Nəhayət, qondarma “artsax parlamenti”ndə “işğal edilmiş ərazilər” haqda “qanun layihəsi” adlandırılan kağız parçası ilə bağlı dünən başlanan şou-müzakirələr (sən demə, Azərbaycan özü-özünə təcavüz edibmiş!)
Demək, rus-erməni ortaq hoqqaları davam edir. Yəqin ki, davamı olacaq. Bunu Bakı da, Ankara da bilir və müvafiq ön hazırlıqlarını görür. Deyəsən, anklavda “Bayraktar”lar üçün darıxıblar...
*****

Son baş verənlər əslində Rusiya hərbçilərinə güvənən kriminal və oyuncaq rejimin son çırpıntıları hesab edilməlidir. “Şeytan yuvası” Xankəndində artıq yaxşı bilir və hiss edirlər ki, çənbər daralır, “dövlətcik” oyunu bitmək üzrədir və onları heç Rusiya da xilas edə bilməyəcək. Bu mənada tezliklə qandallanıb Bakıya gətiriləcəyi deyilən separatçı-başı Araik Arutyunyanın oyuncaq rejimin sonuncu qondarma “prezidenti” olacağına şəkk-şübhə yoxdur.
Daha anklavda nə qanunsuz “prezident”, nə də saxta “prezident” seçkiləri keçirmək mümkün olacaq. Bunu zatən özləri də etiraf eləməyə başlayıblar. İkinci yandan, yada salaq ki, indiyədək bu qəbildən “seçkiləri” Rusiya da daxil, heç bir dövlət, beynəlxalq birlik tanımayıb, o ki ola Ermənistan müharibədə darmadağın ediləndən və erməni separatizminin “fəqərə sütunu” sındırılandan sonra.
Odur ki, nə qədər gec deyil, anklavda gizlənən erməni separatçı ünsürlər özlərini Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim eləməli, Azərbaycan xalqından üzr istəməli və oradakı erməni əhalini konstitusiyamızı tanımağa təşviq eləməlidirlər. Bəlkə onda Azərbaycan dövləti onların cəzasını qismən yüngülləşdirdi. Hər necə olmasa, “qızıl amnistiya” istisna deyil. Təbii ki, qatı cinayətkarlar və terrorçular mərhəmətə ümid edə bilməzlər...
Mənbə: “Yeni Müsavat”
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı