Aqiyə Naxçıvanlı: “Moskva Bəyannaməsi Azərbaycanın çoxşaxəli müstəqil xarici siyasət kursunun növbəti təzahürüdür”
sosial
Oxunub: 344 114
24 фев 2022 | 09:00
Aqiyə Naxçıvanlı: “Moskva Bəyannaməsi Azərbaycanın çoxşaxəli müstəqil xarici siyasət kursunun növbəti təzahürüdür”


“Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı tətbiq edir. Dövlətimiz xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Əsas prioritet kimi region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaq prinsipləri müəyyən edilib. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Eyni zamanda da Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı xüsusi önəm kəsb edir. Öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bunun Azərbaycanın təcrübəsində müsbət, başqa ölkələrin təcrübəsində mənfi nəticələri də məlumdur.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin deputatı bildirib ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Vətən müharibəsində tarixi Zəfər qazanılmasında məhz qonşu ölkələrlə münasibət amili böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?” Əlbəttə ki, bu gün Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. “Bir millət iki dövlət” prinsipinə söykənən bu müttəfiqliyin tarixi kökləri var. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırdı. Sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib.”

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, çoxşaxəli xarici siyasət xəttinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir: “Türk dövlətləri ilə münasibətlərə və milli kimliyinə, kökünə xüsusi önəm verən Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir. Bir sözlə Prezident İlham Əliyevin yürütdüyü müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.”

Daha sonra Aqiyə Naxçıvanlı Moskva Bəyannaməsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Təbii ki, Azərbaycanın humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və digər sahələrdə yüksək qarşılıqlı tərəfdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvüdən biri olan Rusiyadır. Qeyd olunmalıdır ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır.Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bəyannaməsinin əsas məqsədi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürülmüşdür. Həmçinin Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də budur ki, bu sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli , eləcə də 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə,hər iki tərəf Ermənistanla olan münaqişənin bitdiyi realliğı bir daha təsdiq edir və 10 noyabr razılaşmasının müvafiq bəndlərinin yerinə yetirilməyən hissəsinin həyata keçirilməsinin vacibliyini vurgulayır.

Heç şübhəsiz Azərbaycan bu bəyannamə ilə geosiyasi toqquşmanların yaşandığı dünyada öz təhlükəsizliyini daha da artırır, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə edir.”
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı