Səttar Möhbalıyev: “Vaksinasiya strategiyası Azərbaycanda uğurla davam edir”
sosial
Oxunub: 326 522
28 фев 2022 | 09:00
Səttar Möhbalıyev: “Vaksinasiya strategiyası Azərbaycanda uğurla davam edir”


“Bütün beynəlxalq platformalarda dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışı böyük maraq doğurur. Səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən məqbul qarşılanır. BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik müzakirələrində çıxış da bu qəbildəndir. Ümumiyyətlə, bu gün dünyada hələ də aktual olan pandemiyaya qarşı mübarizədə ölkəmiz nümunə nümayiş etdirdi. Dövlətimiz tərəfindən həyata keçirilən önləyici tədbirlərlə pandemiyanın ağır nəticələrindən yayına bildik. Bir sözlə, pandemiya dünya dövlətləri üçün bir sınaq oldu, qürurla deyə bilərik ki, bu imtahandan qalib çıxdıq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizdə tətbiq etdiyi vaksinasiya strategiyası artıq öz nəticəsini göstərir: “Azərbaycanda vurulan vaksinlər həm effektiv, həm də təhlükəsizdir. İndiyədək ölkədə yetkin əhalinin 68%-dən coxuna 2 doza vaksin vurulub. Belə ki, son statistikaya əsasən, ümumilikdə 13 milyona yaxın vətəndaşımız vaksinasiya olunub. Bu da ölkə əhalisinin sağlamlığına məsuliyyətli davranışını göstərir. Daha bir vacib məqama diqqət çəkmək istərdim. Belə ki, digər dövlətlərdən fərqli olaraq ölkəmizdə vaksinasiya prosesi pulsuz həyata keçirilir. Bu, dövlətimizin vətəndaşların sağlamlığının vacibliyinə diqqətin əlamətidir”.

“Pandemiya ilə əlaqədar vətəndaşlarımızın sosial vəziyyəti də dövlətimizin diqqət mərkəzində olub. Ölkəmizdə koronavirusdan əziyyət çəkən insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. Cari ildə də bu məqsədlər üçün dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılıb. Əsas qürur doğuran odur ki, möhtərəm Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə tutduğu ədalətli mövqeyinə görə beynəlxalq

ictimaiyyətin rəğbətini qazanıb. Qoşulmama Hərakatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmiz bu gün də humanitar missiyasını uğurla davam etdirir, pandemiyanın ciddi nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir”, - Milli Məclisin deputatı deyib.
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı