Oğuzda vaksinasiya mütəşəkkil təşkil olunub – deputat Aqiyə Naxçıvanlı

Oğuzda şəhid ailələri, gənclər, seçicilərlə görüşlər keçirən deputat Aqiyə Naxçıvanlı Oğuz Rayon Mərkəzi Xəstəxanasında olaraq vaksinasiya prosesinin gedişi və bu məqsədlə yaradılmış şəraitlə yerində tanış olmuşdur. Deputata məlumat verilmişdir ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması işinə çox diqqət və məsuliyyətlə yanaşılır, proses uğurla həyata keçirilir. Bu məqsədlə xəstəxanada xüsusi otaqlar ayrılmış, təlimatlara uyğun zəruri avadanlıqlarla təchiz edilərək lazımı şərait yaradılmışdır. Rayonda vaksin ehtiyatı kifayət qədərdir. İndiyədək peyvənd olunmuş rayon sakinlərində vaksinin əks göstərişi qeydə alınmamışdır. Vaksinasiya prosesinin həm xəstəxanada, həm də yerlərdə mütəşəkkil aparılması üçün səyyar həkim briqadaları təşkil olunmuşdur. Bunun sayəsində də peyvəndləmə işi operativ şəkildə həyata keçirilir. Xəstəxananın kollektivi və dövlət müəssisələrinin məsul işçiləri tərəfindən bu sahədə vətəndaşlar arasında mütəmadi maarifləndirmə, geniş təbliğat işləri aparılır. Vaksinasiyanın məhz onların sağlamlığının qorunmasına, virusa yoluxma və ağırlaşma hallarının baş verməməsinə xidmət etdiyini, bununla vətəndaşlar həm özlərini, həm də ətrafındakı insanları virusa yoluxmaqdan qorumuş olduqları ətraflı izah olunur. Xəstəxananın həkimləri əminliklə bildirmişlər ki, Oğuzda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini vermiş, epidemioloji vəziyyət sabit olmaqla ötən dövrdə nəzarətdə saxlanılmışdır.
Deputat Aqiyə Naxçıvanlı ölkə ərazisində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətində olduğunu, vətəndaşların sağlamlığının dövlətimiz üçün prioritet sayıldığını bildirmişdir. Təsadüfi deyildir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasına daxil olmuşdur. Hətta bəzi inkişaf etmiş ölkələr koronovirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul etmişlər. Vətəndaşların isə vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirmişdir.
Xəstəxananın kollektivi deputat Aqiyə Naxçıvanlının COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri və yaradılan şəraitlə yerində tanış olmasını bu işə ölkə rəhbərliyinin diqqət və qayğısı kimi qiymətləndirmişlər. Həkimlər Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəklərinə və dövlətimizin hər sınaqlardan olduğu kimi pandemiya sınağından da uğurla çıxacağına əminliklərini ifadə etmişlər.




Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı