Səttar Möhbalıyev: “Azərbaycan qadını Vətənə sədaqəti və fədakarlığı ilə seçilir”

“8 mart - Beynəlxalq Qadınlar Gününə Azərbaycanda diqqət kifayət qədər böyükdür, ölkəmizdə bu bayram xüsusi təmtəraqla qeyd olunur. İdarə, təşkilat və müəssisələrdə bu məqsədlə tədbirlər təşkil olunur, qadınlara hörmət və ehtiram nümayiş etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev hər il bayram münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların ölkəmizin inkişafında xidmətlərini qeyd edir, bir qrupuna fəxri adlar verir, orden və medallarla təltif edir. Bu, ölkə qadınlarına dövlət səviyyəsində olan diqqət və qayğının əlamətidir. Ümumilikdə Prezidentin siyasi fəaliyyətinin mühüm tərəfini qadınlar təşkil edir və onların ölkəmizin ictimai-siyasi həyatında rolu durmadan artmaqdadır”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, tarixən milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək cəmiyyətimizdə qadına dərin hörmətlə yanaşılıb, ana adı uca tutulub və müqəddəs hesab olunub: “Tarixin hər bir səhifəsində qadınlarımızın xidmətlərinə, qəhrəmanlıqlarına, dövlətçiliyimizin inkişafına verdiyi töhfələrə, yetirdiyi övladların rəşadətinə, tərbiyə etdiyi oğul və qızlarının vətənpərvərliyinə rast gəlmək mümkündür. Onlar ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, Ana dilimizin inkişafında müstəsna xidmətlər göstəriblər. Tomris, Məhsəti, Sara xatun, Həcər, Natəvan kimi analarımız Azərbaycan qadının şan-şöhrətini ucalara qaldırıb və gələcək nəsillərə nümunə olublar. Hər zaman müqəddəs ana şərəfini uca tutan Azərbaycan qadını öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə bərabər, döyüş meydanlarında da şücaət göstərmişlər”.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən AHİK sədri qeyd edib ki, Ulu Öndər hər zaman qadın şəxsiyyətinə dərin hörmətlə yanaşırdı: “Ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi”.
“Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir. Xeyirxah işləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur. Hər birimizi qürurlandırır ki, Azərbaycan qadını bu gün UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının mərhəmət və xeyirxahlığına, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərinə fəxarətlə şahidlik edirik”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev vurğulayıb ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadını fədakarlıq və şücaət nümayiş etdirdi: “Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız zəfərimizin əsas təminatçısı oldu. Qələbə istəyi ilə övladlarını işğal altında olan torpaqlarımızı azad etməyə göndərən analar Vətən hissini hər şeydən uca tutdular. Hətta şəhid balalarının cənazəsi qarşısında cəsarətlə dayandılar, sınmadılar, hamısı “Vətən sağ olsun” deyərək başını dik tutdu. Bax budur Azərbaycan qadınının fədakarlığı. Əziz xanımlarımızı, o cümlədən şəhid anaları və xanımlarını, qazilərimizin ömür-gün yoldaşlarını, həmçinin əsgər analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara ən xoş və səmimi arzularımı çatdırıram”.
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı