Direktor kolleci dağıdır
gundem / sosial
Oxunub: 379 312
10 мар 2022 | 13:39
Direktor kolleci dağıdır


Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov bu təhsil ocağına gəldiyi gündən müəssisəni bərbad vəziyyətə qoyub. Səriştəsiz və təhsil sahəsində təcrübəsi olmayan bu şəxsin əməlləri dəfələrlə mətbuatda işıqlandırılıb.Rüşvətdən tutmuş, kollecin təchizatın satmağa qədər, diplomdan tutmuş, müəllimlərdən jurnal pulu yığmağa qədər hər biri mətbuatda yayımlanıb.Bütün bunlara baxmayaraq bu insan yenədə öz tamahına güc gələ bilmir.Sanki bu adamın məqsədi kolleci dağıtmaqdır. Təhsil Nazirliyində işləyən oğlu Orxan Abbasovun himayədarlığı altında əl atmadığı fırıldaqlar, çıxmadığı oyunlar qalmayıb.Deyir mənim oğlum Nazirin dostudur mənə heç kim heç nə deyə bilməz. Burda mənəm bağdadda kor xəlifə. Pensiya yaşında olan bu insanın təhsil ocağına bir xeyri dəyməsədə hər il müddətini uzatmaqla maddi imkanlarını artırmaq, daha çox ziyan vurmaq haqqında fikirləşir.İndi keçək real faktlara.

İrşad Abbasov keçən iiin sonu tələbələrin banga keçirtməli olduğu təhsil haqqını heç bir hüquqi sənəd olmadan, möhürsüz, qolsuz bir kağız parçası ilə yığıb mənimsəyib.Bu saxta çeklər ödənişli təhsil alan əksər tələbələrə verilib. Bu məbləğin ümumilikdə 50 mindən yuxarı olduğu bildirilir.Bundan başqa qış imtahan sesiyasında tələbələr imtahandan “müvəffəqiyyətlə” keçmək üçün 350-400 m xərcləməli olduları.Hər il kollecə ən uzağı iki-üç işçi qəbul edilirdisə bu il İrşad Abbasov ginnesin rekordlar kitabına düşəcək bir ilkə imza atdı.Yenə oğlu Orxan Abbasovun xeyir-duası ilə nə az nə çox düz 25 nəfər işçi hətta ehtiyac olmadığı halda işə qəbul edildi.Bu əməliyyatdan İrşad Abbasov 100 min manata yaxın xeyir əldə etdi.

İrşad Abbasovun sərgüzəştləri bununlada bitmir.Ona görə də keçib kollecin təchizatın satmağa.Kollecin balansında olan nə dişə dəyən dəmir parçası varsa onlarıda satmaqla məşguldur.İndi bunları sayaq.Kollecin sovet dövründən qalan atapleniya sistemini söküb kökündən satdırıb.Kollecin balansında olan texnikaların yeni hissələrini köhnəsi ilə əvəz edib təzəsini isə satdırır.Hətta kollecin balansında olan qırmızı rəngli paz avtobusu belə silədirərk satdırıb.Üç il ərzində ödənişli təhsil alan tələbələrdən daxil olan təxmini 400 min manatın pulun yalnız cüzi bir hissəsinin (30-35 %) təyinatı üzrə xərclənib.Qalan vəsait isə necə gəldi hara gəldi yazılaraq kollec direktoru tərəfindən mənimsənilib.Təbii ki bu işdə də oglu Orxan Abbasovun təlimatl və köməyindən istifadə edib.Belə ki təkcə dəftərxana ləvazimatının gətirilməsi üçün 12 min manat pul silinsədə kollecə bir vərəq desən belə daxil olmayıb.İstilik sisteminin çəkilməsi üçün(həcmi 30-40kv olan ikiqat kubikdən olan otaqlara 50sm radiatorlar quraşdırılıb) nə az nə çox 40 min manat pul xərcləndiyi göstərilib, baxmayaraq ki buna cəmi 20-25 min vəsaitə yaxın xərc çəkilib.Görünür məqsəd kollecin otaqlarını qızdırmaq yox ciblərini doldurmaq olur. Daha bir fakt kollecin təmiri adı ilə heç bir iş görülmədən on minlərlə pulu yazıb mənimsəyib.Diplom alan tələbələrdə İrşad Abbasovun yadından çıxmır .Əgər gəlib diplomunu almaq istəyirsənsə buna görə də 20m ödəməlisən. Hətta tələbə biletii almaq istəyirsənsə 10m dan keçməlisən.Rüşvət dəlisi (bu adı özünün tapıntısıdır)bununlada bəs demir kollecə gələn dəftərxana ləvazimatların da satdırır. Necə deyərlər iştah diş altındadır.

Ən maraqlısı budur ki direktor bütün bu məsələlərdə pulun bir hissəsinin oğlunun vasitəsi ilə şəxsən nazirə çatdırıldığın ətrafındakılara deyir.Onları da arxayın edir ki siz narahat olmayın məni yuxarıda oğlum müdafiə edir təki siz pul mənbəyi tapıb gətirin. İndi hər kəs üçün maraqlı bir sual yaranıb Təhsil Nazirliyi və Respublika Prokurorluğu yanında korrupsiya idarəsi nə vaxt hərəkətə keçəcək. Inanınrıq ki Əməllərində Azərbaycan Respublikası cinayyət məcəlləsinin müvafiq olaraq dövlət əmlakını mənimsəmə179.3.2, külli miqdarda rüşvət alma, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə müvafiq olaraq 311.3.1 311.3.2,həmcinin dövlət sənədlərini saxtalaşdırma 320.1 və digər maddələr təsbit olunan bu şəxs cinayətə cəlb olunacaq və əməllərinə hüquqi qiymət veriləcək.

Axı cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında rüşvətxorluğa yuvarlanan vəzifə sahiblərinə ciddi şəkildə xəbardar edib, onları qanunları üstün tutmağa, bu əməllərindən əl çəkməyə cağırıb.Bu cür hallara yol verən şəxslərin qanun qarşısında cavab verəcəyinə və ağır cəzalandırılacağını bildirib.Cənab prezidentin rüşvətxorluğa qarşı apardığı mübarizədə belə insanlar əngəl ola bilməz.Hər halda yeni nazir Emin Əmrullayevdə rəhbəri olduğu nazirliyin tabeliyində olan təhsilə müəssisələrində belə şəxslərin olmasını istəməz.

P.S.Kollec direktorunun əməlləri bununla bitmir.Növbəti məqalədə direktoru nədə ittiham etdilər.
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı