Ermənistanın həmsədrlərə müraciəti: İrəvan Bakının “radarındadır”
siyaset
Oxunub: 338 254
15 мар 2022 | 09:25
Ermənistanın həmsədrlərə müraciəti: İrəvan Bakının “radarındadır”


Azərbaycanın sülh sazişi üçün Ermənistana təklif etdiyi 5 baza prinsip İrəvanı yenidən beynəlxalq yalvarışlara vadar edir.
Oxu.az məlumatına görə, rəsmi Bakının təqdim etdiyi prinsiplərin 3 ifadə ilə sadə dildə izahı belədir:

Ərazi bütövlüyümü tanı, ərazi iddialarından əl çək və buna dair öhdəlik götür.

Ancaq Ermənistan yenə də ATƏT-in Minsk qrupuna müraciət edərək sülh sazişinin hazırlanmasında onların vasitəçi olmasına çalışır.

Minsk qrupunun həmsədrləri indi Ukraynadakı müharibə səbəbindən bir-birilə əks qütbdə dayanan dövlətlərə çevriliblər. Rəsmi Bakı özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsinin beynəlxalq öhdəlik yaratması şərtilə həmsədrlərin prosesdə iştirakına köklü etiraz etmir.

Ancaq bir məsələ var, həmsədrlər – ABŞ, Rusiya, Fransa Ukraynada partlayan bombaların səslərindən elə “kontuziya” alıblar ki, onların siyasi ehtiraslarını cilovlaya bilmələri sual yaradır.

Yəni aqressiv ton onların uzlaşmasını bərəkətsiz edər – təkcə Fransa ilə ABŞ ortaq nöqtəyə gələ bilərlər ki, bu da mümkün görünür.

Həmsədrlərin üçünü də “birləşdirən dəyər” isə Türkiyə amili ola bilər, hərçənd ki, Rusiya indi Türkiyə ilə münasibətlərə xüsusi önəm verir və Ankara-Moskva xətti ikili strateji maraqlar yarada bilib.

Böyük ehtimal ki, Azərbaycan-Ermənistan sazişinin imzalanmasında Türkiyə ilə Rusiya daha çox aktivlik göstərəcək, ancaq sazişdə Qərb də öz maraqlarının nəzərə alması üçün çalışır.

Qərbin formulu iki prinsipə əsaslanır:

1. Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin daha çox iqtisadi tərəflərində mənfəət almaq istəyir,

2. ABŞ və Fransa isə siyasi təsir gücünü artırmaq niyyətlərini güdür.

Belə bir vəziyyətdə Ermənistanın ATƏT-ə danışıqlar üçün müraciət etməsi prosesi alaqaranlığa sürükləmək məqsədi daşımaqdır və vaxt qazanmaq üçün hiylədir.

Azərbaycan özünün qırmızı xəttini keçməmək şərtilə Qərbin də, Rusiyanın da prosesdə iştirakına qarşı deyil və İrəvanın hansı növbəti siyasi bicliyə əl atması ehtimallarını da nəzərində saxlayır. Yəni, Ermənistanın atdığı bütün addımlar, ikibaşlı oyunlar Azərbaycanın “radarına” düşür.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın müraciətinə dair açıqlamasına verdiyi bəyanatın ruhundan da bu duyulur.

Sitat: “İki dövlət məhz bu baza prinsipləri (5 prinsip) əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”.

Azərbaycanın prinsipləri anklav ərazilərə dair də həll prosesini özündə cəmləyən konsepsiyadır.

Diqqətimizi yönəldəcəyimiz digər istiqamət bu olmalıdır ki, bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində son cərəyan edən hadisələrdən və Antalya Diplomatiya Forumundan sonra baş verir - birincisi hərbi, ikincisi isə diplomatik sıxışdırmadır.

NƏTİCƏ:

1. Azərbaycanın xarici siyasət idarəsinin açıqlaması göstərir ki, Ermənistanla bu prinsiplər əsasında danışıqlar aparacaq,

2. Diplomatik kanallara bu məlumatlar daxil olur ki, “qaranlıq otaqdan” çıxa bilməyən Ermənistan sülhə məcburdur, hərçənd ki, “azadlığa” çıxdıqdan sonra da nala-mıxa vurmaq vərdişini davam etdirəcək,

3. Türkiyə prosesdə önə çıxır, amma Ermənistan hakimiyyəti ehtiyat edərək Ankara faktorunun arxa planda olduğu görüntüsünü yaratmaq məqsədilə həmsədrlərə müraciət edir və eyni zamanda başqa siyasi gözləntilər üçün də ümidlənir.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı