AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib - FOTOLAR

Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür.
Dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da bu tipli humanist layihələrə dəstək verir, həmin kateqoriyadan olan insanlara qayğı göstərilir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun bütün fəaliyyəti bir nümunədir. Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman, o cümlədən bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur.
Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.
Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də yenə həmin sayda - 76 şəhər və rayonda yaşayan 3 900, ötən il mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4 000 və Naxçıvan Muxtar Respublikasında yaşayan 1 000 şəhid və qazi ailələrinə, pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar paylanılmışdır.
Bu nəcib ənənənin davamı olaraq AHİK İcraiyyə Komitəsinin 4 Mart 2022-ci il tarixli qərarına əsasən, martın 16-da Novruz bayramı münasibətilə respublikanın 76 rayonunda yaşayan 4 065 aztəminatlı ailəyə ərzaq dolu maşın karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu məqsəd üçün 50 000 manat məbləğində vəsait köçürülüb.
Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, bundan başqa, aztəminatlı ailələri hər zaman diqqətində saxlayır, imkanları daxilində heç bir köməyi onlardan əsirgəmir: “Biz istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bu işdə sahə həmkarlar ittifaqları da aktivdir. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır”.
S.Möhbalıyev qeyd edib ki, şəhid övladları da həmkarlar ittifaqları tərəfindən himayəyə götürülür: “Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də - ictimai təşkilatlar da onlara hər cür dəstəyi göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla da təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk”.
AHİK sədri vurğulayıb ki, “YAŞAT” Fonduna da yardımlar edirik: “AHİK-in İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasında qərara alındı ki, daha 50 min manat “YAŞAT” Fondunun hesabına köçürülsün və bunula da ümumilkdə 658 870 manat Fondun hesabına köçürmüşük. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasına da yardımlar edirik. İcraiyyə Komitəsinin son iclasında Qarabağ Dirçəliş Fonduna da daha 50 min manatın köçürülməsi ilə bağlı
qərar qəbul olundu. Bununla da Fonda ümumilikdə köçürülən məbləğ 650 000 manat təşkil edir. Bu gün dövlətimizin əsas işlərindən biri də məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bilirsiniz ki, hazırda Şərqi Zəngəzurda və Qarabağda sürətli şəkildə abadlıq-quruculuq işləri aparılır. Artıq bəzi layihələr yekunlaşıb. İnanırıq ki, yaxın zamanlarda həmin ərazilər cənnəti xatırladacaq və sakinlər, dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, o ərazilərdə əbədi xoşbəxt yaşayacaqlar”.
Milli Məclisin deputatı əlavə edib ki, bu tipli humanist layihələrimizi bundan sonra da davam etdirəcəyik.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi




Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı