İlham Əliyev: "Seleksiya işi çox düzgün aparılmalıdır"
siyaset
Oxunub: 750 758
17 мар 2022 | 13:51
İlham Əliyev: "Seleksiya işi çox düzgün aparılmalıdır"


"Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar".

"Bu fikirləri Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

"Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir.

Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır", - dövlət başçısı bildirib.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı