Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

2022-ci il yanvarın 1-i tarixinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan 27 təşkilatda 15039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər-rayon komitələri fəaliyyət göstərir.
COVID-19 pandemiyası ilə bağlı cərəyan edən proseslər qaçılmaz çətinliklər yaradaraq həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi təsir göstərsə də, bir sıra sahələrdə müsbət dəyişikliklər də baş verib. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1% artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 0,9 % çoxalmasına səbəb olub.
Üzvlərinin sayı 15 nəfərə qədər olan təşkilatların sayında 0,4 % artım müşahidə olunub. Respublikada kiçik və orta sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il həmkarlar ittifaqı üzvlərinin sayı 2,6 % artıb.
2021-ci il ərzində qeyri-dövlət sektoruna aid 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların sayının 2020-ci illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir.
Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatına 13808 nəfər üzv olub, nəticədə orada üzvlüyə cəlb olunanların sayı 2020-ci ilə nisbətən 2,5 dəfə artıb.
Həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artaraq üzvlərin ümumi sayının 52,3%-ni təşkil edib. Gənclərin sayında isə 0,5 % artım olub.
Ötən il işəgötürənlərlə 123 saziş, 11806 kollektiv müqavilə bağlanılıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1% artıb.
Sahə həmkarlar ittifaqlarının 2021-ci il üzrə tərtib etdiyi statistik hesabatların yekunlarına əsasən, qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsi, yeni təşkilatların, xüsusilə də özəl sektorda yaradılması, maarifləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması, işçilərin hüquqlarının qorunması, onların müraciətlərinə diqqətin artırılması barədə AHİK-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müsbət addımlar atılıb.
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı