Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə mini-futbol turnirinə start verilib - FOTOLAR

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan mini-futbol turnirinin açılış mərasimi keçirilib.
aia.az xəbər verir ki, mərasimdə çıxış edən Respublika Komitəsinin sədriHikmət Osmanov bildirib ki, ümummilli liderin doğum günü ərəfəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində diaspor təşkilatları və səfirliklərimiz tərəfindən müxtəlif tədbirlər təşkil olunur, Azərbaycanın qurucusu Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilir. Keçirilən mini-futbol turnirləri də bunlardan biridir.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb: “Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirmək bacarığına malik idi, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir”.
“Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin idman siyasəti dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz müsbət nəticəsini göstərməkdədir. İdmançılarımız təmsil olunduqları bütün yarışlarda Dövlət bayrağımızı qürurla dalğalandırırlar. Artıq Azərbaycan dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Avropa və dünya çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər, həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət mərkəzindədir. “Bakı-2015” ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu idman siyasətinin nəticəsidir”, - H.Osmanov vurğulayıb.
Sonra turnirə start verilib.
Qeyd edək ki, 4 qrupda mübarizə aparacaq 20 komandanın qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok, medallar və pul mükafatları təqdim olunacaq.




Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18-09-2026, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
18-09-2026, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı