Ağ Evdən Brüssel görüşü öncəsi edilən zəng: ermənilər üçün yaranmış şans
siyaset
Oxunub: 258 096
6 апр 2022 | 12:25
Ağ Evdən Brüssel görüşü öncəsi edilən zəng: ermənilər üçün yaranmış şans


Bu gün Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycanla Ermənistan liderləri arasında növbəti görüşü planlaşdırılır. Görüşün detalları bəlli olmasa da, Qərbin Cənubi Qafqazda sülhün yaranması istiqamətində təşəbbüsü ələ almaq cəhdindən sonra Qarabağ münaqişəsində əsas xarici aktor rolunu oynayan güclərin "can-fəşanlığı" ortada ciddi məsələlərin müzakirə ediləcəyindən xəbər verir.

Məlumata görə, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ilk dəfə olaraq Ermənistan və Azərbaycan kağız üzərində mümkün sülh müqaviləsi ilə bağlı konkret təklifləri müzakirə etməyə başlayıblar. Prosesdə həm Moskva, həm də beynəlxalq vasitəçilər, ATƏT və Avropa İttifaqının rəhbərliyi iştirak edir.

Brüssel danışıqları daha çox Moskva tərəfini narahat edir. Odur ki son günlərdə Moskvanın bölgədə aktivliyi müşahidə olunmaqdadır. Hətta Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı olub və bu telefon görüşməsində əsas məsələ Brüssel görüşü olub. Bunun ardınca isə Moskvanın Paşinyana siyasi təzyiqlərini artımağa başlayıb. Aprelin 5-də Rusiyanın təsir dairəsində olan müxalifətin İrəvanın mərkəzində keçirdiyi mitinq və aksiyanın yekunu olaraq bəyanatı bunun bariz nümunəsidir. Moskvanın bu "aktivliyi"nə adekvat cavab kimi ABŞ Dövlət katibi Entoni Blinken dünən Azərbaycan və Ermənistan liderlərinə zəng edib. Hər iki tərəfin verdiyi açıqlamada əsas müzakirə məsələsi bölgədə yaranmış vəziyyəti, sülh danışıqları və Brüssel görüşü müzakirə edilib. Blinkenin zəngini həm də Moskvaya bir mesaj kimi dəyərləndirmək olar. Blinkenlə Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların bloklanması, eləcə də Ermənistan və Türkiyə arasında dialoq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu həm də Ağ Evin Moskvanın Paşinyana təzyiqlərinə baxmayaraq, sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atmağa sövq etmək və ona dəstək verməsi kimi qiymətləndirmək olar. Odur ki Brüsseldə Ermənistana sülh sazişi imzalaması istiqamətində konkret addımlar atmaq və qəti mövqe qoymaq baxımından böyük bir şans yaranıb. Həmin sülhün şərtləri isə qalib tərəf kimi Bakının təqdim etdiyi aşağıdakı şərtlərdir;

- Suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması.
- Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyi.
- Dövlətlərarası münasibətlərdə bir-birinə münasibətdə təhlükəsizliyə təhdidlərdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun gəlməyən digər hallardan çəkinmək öhdəliyi.
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması.
- Nəqliyyat kommunikasiyalarının açılması, digər kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq daxilində mümkündür.

Bunun əksi bölgədə gərginliyin davam etməsi. Ermənistanın təcridinin davam etməsi, ölkədaxili yeni böhranlara yol açması deməkdir. Bu eyni zamanda növbəti "dəmir yumruğ"un hər an ermənilərin başına endirilməsi anlamına gəlməlidir. Çünki Azərbaycan tərəfi üçün Qarabağ məsələsi artıq keçmiş tarixdir və irəliyə baxaraq postmüharibə dövrünün tələblərinə uyğun addımlarını atır. Azərbaycanın variantları çoxdur. Ona görə də Azərbaycan tərəfinin Brüsseldə masada müzakirəyə çıxaracağı yetərincə altenrativ variantlar mövcuddur. Azərbaycandan fərqli olaraq Ermənistan tərəfinin alternativləri yoxdur. Alternativlər isə özünüməhvə məhkumluq təklifləridir. O baxımdan İrəvan fürsəti dəyərləndirməli və bundan maksimum faydalanmalıdır. Əgər belə olarsa, qazanacaq. Yoxsa yenə də uduzan tərəf olacaq.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı