Ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar
sosial
Oxunub: 279 603
7 апр 2022 | 15:29
Ötən il Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyasının idmançıları 82 medal qazanıblar


COVID-19 pandemiyası ilə əlaqədar idman təşkilatlarında təlim-məşq proseslərinin, kütləvi-sağlamlıq tədbirlərinin, spartakiada və yarışların keçirilməsinin dayandırılması (Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq qərarı ilə) nəticəsində təqdim edilən hesabatlarda əsasən 2021-ci ilin yalnız Olimpiya lisenziya idman yarışlarının (xarici ölkələrdə) və onlayın şahmat turnirlərinin nəticələri yer alıb.

aia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyası (AHİTA) 9 idman təşkilatını - 5 idman cəmiyyətini (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ”, “Zenit”) və 4 idman klubunu (“Alpinist və Turist”, “Şahmat və Dama”, “Atilla”, “Pəhləvan”) özündə birləşdirir.

2021-ci il ərzində həmkarlar ittifaqları (Hİ) idman təşkilatları 216 bədən tərbiyəsi kollektivini əhatə edərək 13 808 nəfər bədən tərbiyəsi və idmançı ilə məşğul olub. Onlardan 1 385 nəfəri, yaxud 10 %-i qadınlar və qızlardır.

Əhalinin sağlamlığının möhkəmləndirilməsi və idmançıların hazırlığı üçün respublikanın şəhər və rayonlarında olan 92 idman bazası və qurğusundan (1 atıcılıq tiri, 7 stadion, 2 kompleks idman qurğusu, 40 idman zalı, 3 üzgüçülük hovuzu, 25 sadə idman meydanı, 13 bədən tərbiyəsi - sağlamlıq mərkəzi və 1 digər qurğulardan) istifadə edilib.

2021-ci ildə gənc idmançıların hazırlığını Hİ idman təşkilatlarının 9 Uşaq-Gənclər İdman Məktəbi (UGİM) təmin edib. Bunlardan 1-i ixtisaslaşdırılmış olimpiya ehtiyatlı, 8-i kompleks uşaq-gənclər idman məktəbidir. Ötən il 28 UGİM bölməsində 105 məşqçi-müəllimin rəhbərliyi altında 3 041 gənc idmançı, o cümlədən 218 qız il ərzində idmanın 13 növü ilə müntəzəm məşğul olub. Məşğul olanların 179 nəfəri dərəcəli idmançıdır (3-ü əməkdar idman ustası, 3-ü idman ustası, 16-sı idman ustasına namizəd, 20-si birinci dərəcəli və 41-i kütləvi dərəcəli).

AHİTA Olimpiya Oyunları ərəfəsində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançıların ustalıqlarının artırılması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman növləri üzrə Milli Federasiyalar ilə sıx əməkdaşlıq edib, idmançıların rəsmi yarışlarda iştirak etməsinə şərait yaradıbdır. Ümumiyyətlə, AHİTA idmançıları 2021-ci il ərzində iştirak edən yarışlarda müxtəlif dərəcəli 82 medal qazanıblar (beynəlxalq turnirlər - 24, paralimpiya - 2, İslam Həmrəylik Oyunları - 1, dünya -8, Avropa -13 və respublika -34).
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı