Ukraynaya atom bombası verin!
dunya
Oxunub: 312 835
30 апр 2022 | 10:00
Ukraynaya atom bombası verin!


Müharibənin həlledici fazası o zaman başlayacaq ki... NATO ölkələri ilə Rusiya arasında Ukraynada davam edən müharibə qlobal miqyas almaqda davam edir. Amerika prezidenti daha 33 milyard dollarlıq yardım üçün Konqresə müraciət edib. Bu vəsaitin yalnız 3 milyardı humanitar yardım üçün nəzərdə tutulur. Qalan vəsaitə yenidən Ukraynaya silah-sursat veriləcək. Söhbət artilleriya, zirehli texnika, tank və zenit silahlarından, kiberhücumlardan müdafiə vasitələrinin gücləndirilməsindən gedir...
"Musavat.com məlumatına görə, “Yanğına benzinlə” gedənlərin arqumentləri hələ ki, dünya üçün keçərlidir. “Hərbi yardım Ukraynada demokratiyaya(?) dəstək və ölkənin Rusiya üzərində qələbəsi üçündür” deyirlər. Ukraynada dünən bir amerikalı, bir ingilis muzdlu öldürülüb, Qərb mətbuatı yazır ki, qəhrəmandırlar. Bu yaramazlar bizi müharibə zamanı Qarabağa muzdlu döyüşçü gətirməkdə ittiham edirdilər, amma indi öz paralı muzdlularına qəhrəman deyirlər...

Ukraynaya atom bombası verin!


Silah düccarları isə əllərini ovuşdururlar, müharibə başlayandan ABŞ-ın silah tədarük edən şirkətlərinin səhmlərinin dəyəri ən azı iki dəfə artıb. İndi daha ağır və uzaqvuran silahlar Ukraynaya doğru hərəkət etdikcə, müharibə sponsorlarının iştahaları da artır. Onlar Ukraynanı nəinki qələbə qazanmağa, Krımı da geri almağa səsləyir, Rusiya ərazilərini isə raketlə vurmağa təhrik edirlər. Sənin ərazinə silahlı hücum varsa, sən də hücum etməkdə haqlısan, burası elədir. Ukrayna Rusiya ərazilərini uzaqvuran raketlə vurarsa, Qərb buna ancaq çəpik çalacaq. Ancaq bunun cavabı olacağını da unutmayaq. Rusiya BMT baş katibinin Kİyevdə olmasını heç vecinə də almadı, paytaxtı Qara dənizdən, həm də sualtı qayıqdan “Kalibir”lə vurdu. Müharibənin həlledici fazası bax, o zaman başlayacaq ki, dövlətlərarası açıq hərbi münaqişəyə keçəcək. O zaman Rusiya nə qədər dağılacaq, nə qədər itki verəcək, onu Putin düşünsün. Amma Ukraynadan necə, o zaman ələ gələn nəsə qalacaqmı? Məncə, bunu da arzulayanlar çoxdur. Ukrayna olmasın, ya da elə zəlil günə qalsın ki, daha nə silah, nə pul istəməyə gücləri qalsın.

Ukraynaya atom bombası verin!


Rusiyanın silahının tükənəcəyi haqda nağıllara Bayden çətin ki, inana. Rusiyanın bir arağı, bir silahı qurtatmaz. Qərb Rusiyanın bu müharibədə əslində sifətini xilas etməklə məşğuldur. Əgər məğlub olub qoşunlarını müharibədən əvvəlki mövqelərinə qaytarmağa razı olarlarsa, xalqına “bütün dünya ilə vuruşurduq, nə edək...” deyə bilər. Udarsa, “Ukraynanın yox, dünyanın kürəyini yerə vurdum” deyib xoruzlanar..

Ukraynaya atom bombası verin!


Hansısa tərəfin bu cür eskalasiya şəraitində həlledici hərbi məğlubiyyətə uğraması və ya həlledici qələbə qazanması indilikdə mümkün kimi görünmür. İkinci variant hər iki tərəfin bu “sürünən” və nəticəsiz müharibədən yorulub, diplomatik həll variantlarına üstünlük verə biləcəyi ilə bağlı idi. İstanbulda bu variantın gerçəkləşməsinə yaxın mövqeyə gəlmişdilər. Amma nə oldusa, Kiyev media ilə də paylaşılan razılaşmadan geri çəkildi, yəni diplomatik həll variantı gündəmdən çıxdı, danışıqlar isə faktiki dayandı. Üçüncü variant Kiyevə yeni silahların gəlməsi ilə münaqişənin xarakterini kəskin şəkildə dəyişməsidir. Ola bilsin, daha müasir texnikalar Rusiya işğalını irəliləməyə və ya durdurmağa kömək etsin. Amma həlledici qələbə üçün bu silahlar yetərli deyil. Ukraynaya atom bombası, ya da nüvə başlığı lazımdır! Zatən müharibə buna görə başlamışdı, bu da bitirsin. İndi adama fantastik, bəlkə də gülməli gələr, prosedur, filan boş şeydir. İndi dünyada elə dönüşlər baş verir ki, hər şey mümkündür. Məsələn, Britaniyanın baş naziri bu təklifi gündəmə gətirə bilər, onda bu zəka var. Amerikanın nüvə başlıqları zatən Ukraynaya yaxındadır, Avropadadır...

Ukraynaya atom bombası verin!


Zelenski BMT baş katibini soyuq qarşıladı, bilirsizmi, niyə? Təkcə ona görə yox ki, əvvəl Moskvaya gedib, Putinlə görüşmüşdü. Həm də ona görə ki, yazıq Quttereşin Kiyevə verəcəyi heç nəyi yoxdur- nə pulu, nə silahı... Zelenski isə nəyə görəsə, qonaq gələnlərdən silahla bərabər, həm də çoxlu pul istəyir.

Quttereşin Ukraynaya verə biləcəyi sülhə töhfə ola bilərdi. Məsələn, Mariupoldakı “Azovstal” zavodunda mühasirədə qalan mülkü əhalini xilas etmək… Zelenskiyə və onun arxasında dayanan dövlətlərə isə sülh lazım deyil. Putinin də tavrı müharibədən yanadır. Ona görə o da heç geri çəkilmək haqda düşünmür. Sülhə indilikdə Ukraynada yer yoxdur.

Deyim ki, müharibə başlayanda, həmin yerləri birinci sərçələr və göyərçinlər tərk edir…
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Вчера, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Вчера, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Вчера, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”