Səttar Möhbalıyev: ”Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular”
sosial
Oxunub: 279 602
1 май 2022 | 18:53
Səttar Möhbalıyev: ”Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular”


“Azərbaycanın hər bir uğurunun və əldə etdiyi nailiyyətin arxasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər dayanır. Onun xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin qorunması üçün atdığı bütün addımlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək öz hədəfinə çatmış oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması və onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ümumilikdə tarixi bir hadisə idi: “Proseslərin sonrakı gedişi dediklərimizi təsdiqləyir. 2016-cı ilin Aprel döyüşləri Ordumuzun bu bölməsinin gücünü, peşəkarlığını, yüksək döyüş ruhunu əyani olaraq həm işğalçı Ermənistana, həm onların havadarlarına, həm də bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərən xüsusi təyinatlılar Ordumuzun digər bölmələri ilə birlikdə düşmənin dərsini layiqincə verdilər. Yarandığı gündən Xüsusi Təyinatlı Qüvvələrə dövlətimiz tərəfindən böyük diqqət göstərilib. Onların dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, döyüş vasitələri və texnikalarla təchizi üçün hər cür şərait yaradılır. Yerli sənayemizin istehsal etdiyi məhsulların da Xüsusi Təyinatlı Qüvvələrimizin güclənməsində müstəsna əhəmiyyəti var, həmin məhsulların effekti döyüşlərdə çox böyük olub”.
“2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi xüsusi təyinatlılarımızın qəhrəmanlıq salnaməsidir. Onların nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti bütün dünyaya səs saldı. Müharibənin hər günü yalnız irəli gedirdilər, bir addım da olsun geri çəkilmədilər. Səhra, dağ, qaya, isti, soyuq demədən, iqlimin və relyefin hər cür sərt üzünə hazır olan Xüsusi Təyinatlı Qüvvələrimiz cəmi 44 günə düşmənin dizini yerə qoydu. Hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri azad etməklə xalqımıza böyük sevinc bəxş edirdilər. Şuşa əməliyyatı isə onların peşəkarlığının və yüksək döyüş qabiliyyətinin təntənəsi oldu. Onlar dağları aşaraq, qayalardan dırmanaraq Şüşaya çıxdılar, yüngül silahlarla, əlbəyaxa döyüşlə, şəhərin tarixi görkəminə zərər verməməklə oranı azad etdilər. Bir sözlə, Qarabağ dastanının müəlifi oldular, xalqımızı məğlub girdabından xilas etdilər. Onlar göstərdikləri qərəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin əsasını qoydular: Vətəni bütün qəlbi ilə sevmək, hər zaman onun müdafiəsinə hazır olmaq, bu yolda heç nədən qorxmamaq və çəkinməmək. İnanırıq ki, xalqımızın gələcək nəsilləri bu məktəbi dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər”, - Milli Məclisin deputatı deyib.
“Aprelin 30-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə Ordumuzun bu bölməsinin peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərlik hissindən söz açdı, Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs etdi. Dövlətimizin başçısının xüsusi təyinatlılarla fəxr etdiyini bir daha qeyd etməsi, təbii ki, onların fəaliyyətinə verilən ən ali qiymət və böyük dəyərdir. Əminik ki, xalqımız onların qəhrəmanlıqlarını heç zaman unutmayacaq, həmişə böyük fəxarətlə xatırlayacaq. Dövlətimizin başçısı xüsusi təyinatlıların sayının İkinci Qarabağ müharibəsindən bu yana 2 dəfə artırıldığını bildirdi. Həmçinin hərbi xərclər də davamlı olaraq artırılır. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da müdafiə məqsədilə hərbi qüdrətini davamlı olaraq artırmaqda davam edəcək. Bu gün Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən, revanşist düşüncə ilə yaşayan insanlar anlamalıdırlar ki, onları hansı tale gözləyir. Bunun üçün onlar 44 günlük Vətən müharibəsində döyüş meydanından qaçmaqla canını güclə xilas etmiş erməni əsgərləri ilə söhbət apara bilərlər”, - AHİK sədri fikrini belə tamamlayıb.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq