Rusiyanın “troll fabriki” üzə çıxdı
dunya
Oxunub: 295 250
2 май 2022 | 09:30
Rusiyanın “troll fabriki” üzə çıxdı


Rusiya Ukraynaya qarşı müharibə meydanında olduğu kimi, kiberaləmdə də mübarizə aparır.

Böyük Britaniya tərəfindən aparılan araşdırma zamanı Rusiyanın ciddi sərmayə ilə qurduğu troll ordusu ilə manipulyasiya yollarına əl atması məlum olub.

Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı araşdırmalarından birində təəccüblü nəticəyə gəldiyini açıqlayıb.

Bildirilib ki, Sankt-Peterburqdakı keçmiş silah fabrikində yerləşdirilən rus internet trolları dünya liderlərini hədəfə alır və bununla da Vladimir Putinə və Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək mesajları yayırlar.

Tədqiqatın nəticələrini böyük onlayn platformalar və digər hökumətlərlə bölüşməyi planlaşdıran Böyük Britaniyanın əməliyyat rəhbərləri Qərb mərkəzli media qurumlarını və siyasətçiləri hədəfə almaq üçün trollara sifariş verildiyini aşkar ediblər.

“Troll fabriki” kimi təqdim edilən qurumun Yevgeni Priqojinlə əlaqəli olduğu iddia edilir. Priqojin tərəfindən qurulan “İRA” və ya “Qlavset” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin 2016-cı ildə Donald Trampın qalib gəldiyi ABŞ seçkilərinə də müdaxilə etdiyi iddia edilib.

Troll komandasının hədəfləri siyahısında Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin adı var.

Araşdırma zamanı tiktokda “influencer”lara Kremlyönümlü hekayələri gücləndirmək üçün pul verildiyi də bildirilib.

Tviter və feysbukda da fəaliyyətlər aşkar edilsə də, xüsusilə,instaqram, yutub və tiktokda intensiv olduğu bildirilir.

Yaradılan şəbəkədə əsas rolu Rusiyanın Ukrayna müharibəsi üçün simvoluna çevrilmiş “Z” hərfi əsasında qurulan “Cyber ​​​​Front Z” adlı telegram kanalı oynayır.(qafqazinfo)
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Вчера, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Вчера, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Вчера, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”