"Xankəndinə nəzarətin bərpası məqsədilə hərəkətə keçməliyik” - Başqa yolu YOXDUR!
Aprelin 4-dən başlayaraq Ermənistanda keçmiş siyasi elitanın (eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan) rəhbərlik etdiyi müxalif qüvvələr Ermənistanın paytaxıtnda və bölgələrində fasiləsiz aksiyalara başlayıb. Son günlər etirazlar zorakılıq müstəvisinə keçib, xüsusən İrəvanda polislə toqquşmalar nəticəsində yüzlərlə aksiya iştirakçısı saxlanıb.
Bu aksiyalar 2018-ci ildə Ermənistanda baş vermiş "məxməri inqilab"ın təkrarlanmasına gətirib çıxara bilərmi?
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, vaxtı ilə N.Paşinyanın “əyalətdən paytaxta yürüş” metodundan istifadə edən müxaliflər “məxməri inqilaba” hələlik nail ola bilməsələr də, etirazlar davam edir: "Bu aksiyaların tezliklə dayanması gözlənilmir. Bu mitinqlər Qarabağ şüarları ilə keçirilsə də, əsas hədəf hakimiyyət uğrunda mübarizədir. Etirazlar müharibədən sonra da olmuşdu və həmin vaxt növbədənkənar seçkilər keçirildi, amma Nikolu yıxa bilmədilər".
Maraqlıdır, seçkinin ili tamam olmamış müxalifət nədən tənqid ritorikasını dayandırıb, “istefa sevdasına” düşdü?
Ekspert qeyd edir ki, hər şey Brüssel görüşündən başladı. Onun sözlərinə görə, Avropa İttifaqının iki ölkə arasında sülh müqaviləsinin bağlanması təşəbbüsü, moderatorluğu ələ alması Kremldə sadəcə qısqanclıqla deyil, qəzəblə qarşılandı.
"Bu qəzəbin küləyi bu günlər İrəvanın “Fransa” meydanında əsdirilir, - İ.İsmayıl vurğulayır.
Rusiyanın tam miqyasla dəstəklədiyi bu etirazlar Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnə bilərmi?
Bu suala cavabında ekspert deyir ki, hələlik, etiraz edənlərin ən azı kütləvilik baxımından böyük miqyasda olmaması və hakimiyyətin mitinqçilərə sərt reaksiyasından, bu, real görünmür: "Üstəlik, Moskvanın təzyiqləri fonunda Paşinyan hakimiyyəti Qərblə əlaqələrini bu günlərdə daha da genişləndirib. Xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton səfəri, dövlət katibi Entoni Blinkenlə səmimi görüşləri, Vyanada Türkiyə-Ermənistan danışıqlarının növbəti raundunun başlaması göstərir ki, rəsmi İrəvan Moskvanın təzyiqlərinə rəğmən Qərblə əlaqələrini arxa plana atmaq fikrində deyil. Xüsusilə, Vaşinqton görüşünü yüksək qiymətləndirən A.Mirzoyanın sosial şəbəkədə “ABŞ Dövlət katibi Entoni Blinkenlə çox məhsuldar görüş keçirdiyini” və “ABŞ ilə güclü tərəfdaşlığımızı bir daha təsdiqləyirəm” yazması göstərir ki, Rusiyanın təzyiqlərinə baxmayaraq Qərblə tərəfdaşlıq etməkdən çəkinmirlər və bununla, hakimiyyətlərini də qorumaq iqtidarında olduqları mesajını vermiş olurlar".
İ.İsmayılın sözlərinə görə, mövcud situasiya dəyişməyəcəyi halda, sərhədlərin müəyyənləşməsi və iki ölkə arasında sülh müqaviləsi bağlanmasının yol xəritəsi, detallarına qədər bilinməsə də, hər iki tərəfə məlumdur.
"Burada sadəcə zamanın süni şəkildə uzadılmasına imkan vermək olmaz",- o qeyd edir.
Bəs, Paşinyanın istefası reallaşarsa, hadisələrin inkişafı necə ola bilər? Azərbaycan yeni legitim hakimiyyətin formalaşmasını gözləməlidirmi?
Ekspert bildirir ki, dünənki mitinqdə hakimiyyət dəyişikliyi olarsa, “etimad höküməti” yaranacağı və uzun müddət fəaliyyət göstərəcəyi elan edilib. "Bu, aylarla davam edə bilən siyasi prosesdir və yeni hakimiyyətin siyasi kursu təbii ki, Paşinyanın mövqeyindən tamamilə fərqlənəcək. Amma, bizim üçün fərqi olmamalıdır. Azərbaycan ən qısa zamanda Xankəndi və ətrafında dövlət nəzarətini bərpa etmək məqsədilə hərəkətə keçməlidir. Bu gün Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərimizdə Azərbaycan üçün təhlükə yarandığını və tezliklə erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılıb, paralel olaraq Daxili Qoşunların Xankəndi və ətrafında yerləşdirməsinin zəruriliyi Rusiya dövlətinin diqqətinə çatdırılmalıdır. Rusiya Azərbaycanın bu tələbini əslində normal qarşılamalıdır, çünki özü də Ukraynanın ərazisinə təhlükənin qarşısını almaq məntiqilə hücum edib. Amma, bizim fərqimiz ondadır ki, Rusiya kimi özgə ərazisinə deyil, beynəlxalq hüqula tanınmış ərazilərimizi işğaldan azad etmək üçün qabaqlayıcı tədbir görürük".
İlham İsmayıl hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi oldu, ya olmadı, Azərbaycanın tezliklə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa etmək hədəfini ləngidə bilməz. Onun sözlərinə görə, bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə edən Koçaryan və tərəfdarları açıq şəkildə revanşizmi məqsəd elan edirlər: "Sülhün silahla diqtə olunacağını, ordunu müasir silahlarla qurub, güc nümayiş etdirməklə “artsaxı xilas” edəcəklərini və guya bununla da “ləyaqətli sülhə” nail olcaqlarını səsləndirirlər. Separatçı rejim liderlərinin “artsax heç vaxt Azərbaycanın tərkibində omayacaq” şüarlarını son vaxtlar daha ardıcıl şəkildə vurğulamaqları yalnız Moskvadan aldıqları tapşırıqların nəticəsidir. Azərbaycan diplomatiyası həm Ermənistanda baş verənləri, həm də separatçı rejim liderlərinin Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş çağırışlarını təhlükə mənbəyi elan edib, sülh müqaviləsini sürətləndirmək üçün bütün diplomatik vasitələrdən istifadə etməlidir. Nəzərə alaq ki, bu istiqamətdə beynəlxalq dəstəyə malikik, sülh müqaviləsinin tezliklə bağlanması Qərbin də marağındadır".
"AzPolitika.info"
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı