Əlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto
hadise
Oxunub: 250 305
12 май 2022 | 12:44
Əlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto


Vətən müharibəsində yaralanan qazi Qadir Habil oğlu Cəfərov Respublika Əllilərin Bərpa Mərkəzində qollarını kəsərək intihara cəhd edib.

“Qafqazinfo”ya danışan Qadir Cəfərov bildirib ki, bunu ona əlillik təyinatının verilmədiyi üçün edib.

Onun sözlərinə görə, aprelin 24-də bununla bağlı mərkəzə müraciət edib və ona bildiriş verilib. 25 yaşlı qazi ötən gün təyinatını almaq üçün yenidən mərkəzə üz tutanda isə bildirilib ki, adı sistemdə yoxdur: “Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib. Dünən də getdim Əlillərin Bərpası Mərkəzinə ki, əlillik təyinatımı alım. Mənə dedilər ki, adım sistemdə yoxdur. Bunu eşidəndən sonra mən də qollarımı kəsdim. Hazırda qollarıma 9 tikiş qoyulub”.

Qadir Cəfərov iddia edir ki, hadisədən sonra ona əlillik təyinatının veriləcəyi deyilib: “Özüm Ağcabədi rayonundanam. İndi isə Bakıda kirayədə yaşayıram. Mənə də deyirlər ki, may ayının 20-nə qədər gözlə. İşim yox, evim yox, necə gözləyim?”

Əlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto


Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir: “Digər müharibə iştirakçıları kimi, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğluna da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xüsusi diqqət və həssaslıqla yanaşılıb. Onun əliliyinin qiymətləndirilməsi də Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılıb.

Q.Cəfərov mayın 4-də Agentlikdə əyani müayinə edilib. Müəyyən olunub ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib”.

Tural Qurbanov intihara cəhd etmiş qaziyə hər hansı güzəşt edilməsi məsələsinə belə münasibət bildirib: “Q.Cəfərov dünən, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb.

Belə cəhdlərlə qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək, sağlamlıq vəziyyətində əlillik əlaməti olmayan şəxsə əlillik dərəcəsi təyin edilməsi mümkün deyil”.

Lamiyə Məmmədova

Əlillik ala bilməyən qazi intihara cəhd etdi - FotoƏlillik ala bilməyən qazi intihara cəhd etdi - FotoƏlillik ala bilməyən qazi intihara cəhd etdi - Foto
Сегодня, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Сегодня, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır