Rüstəm Nağıyev: “Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır”

Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər nəticəsində yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr özünü daha qabarıq şəkildə büruzə verməkdədir. O cümlədən may ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfər etməsi və dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində birgə iştirak etmələri ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının daha bir göstəricisidir. Qeyd etmək lazımdır ki, iki qardaş ölkənin əldə etdiyi uğur və nailiyyətlər təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının inkişafına, güclənməsinə xidmət edir. Bu baxımdan yeni hava limanına göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələrin ilk dəfə eniş etmələri də böyük siyasi məna kəsb edir. Bu fakt Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və inkişaf yolunun bariz təcəssümüdür. Azərbaycan və Türkiyə Prezidentlərinin görüşündə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Həmçinin xüsusi olaraq vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr yüksək səviyyədədir.
Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Prezident İlham Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə torpaqlarını işğaldan azad etdi. Bununla da öz ərazi bütövlüyünü təmin edən ölkəmiz tarixi ədaləti bərpa etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. O cümlədən, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair bir müddət əvvəl qəbul olunmuş qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir.
Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində, eləcə də əməkdaşlıq əlaqələrinin daha yüksək mərhələyə keçidinin təmin olunmasında məhz Şuşa Bəyannaməsi xüsusi rol oynayıb. Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Strateji əhəmiyyət kəsb edən bu tarixi sənəd əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Prezident İlham Əliyevin dediyi kimi, biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəddir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Şuşa Bəyannaməsi mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinin təmin olunmasına hesablanmış unikal tarixi sənəddir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı bütün Türk dünyasının maraqlarına cavab verən və regional təhlükəsizliyin təmin olunmasını önə çıxaran çox vacib bir məqamdır. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslı olmaqla, xalqlarımız və ölkələrimiz arasında tarixən mövcud olan sarsılmaz qardaşlığa və dostluğa əsaslanır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq