Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir”
sosial
Oxunub: 357 796
20 май 2022 | 12:17
Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir”


“Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa ölkələri ilə münasibətlər təşkil edir. Bu istiqamətdə Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Yeri gəlmişkən, xatırladım ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpacaq dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfərini əhəmiyyətli hesab edirəm və ikitərəfli əlaqələrimizə mühüm töhfə olacağına inanıram. Həmçinin səfər bütün sahələr üçün, xüsusilə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycanda əlverişli biznes mühütünün mövcudluğu hamıya aydındır, bu litvalı investorlar üçün də, təbii ki, sərfəlidir. Azərbaycan-Litva biznes forumunun keçirilməsi, bu aspektdə müzakirələrin aparılması və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə əhəmiyyətlidir”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda səsləndirdiyi bir sıra məqamlara diqqət çəkib: “Azərbaycan dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Həyata keçirilən uğurlu layihələr, o cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə imkan verir. Qeyd edim ki, əgər ölkəmizdə əvvəllər neft-qaz sektoru investisiya üçün daha çox cəlbedici idisə, aparılan uğurlu islahatlar nəticəsində artıq bu gün qeyri-neft sahəsi də xarici şirkətlərin maraq dairəsindədir. Prezidentimizin ifadə etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritet təşkil edir. Təbii ki, bu da ölkə iqtisadiyyatının hərtərfli inkişafı və dayanıqlı olması baxımından çox vacibdir. Son 4 ayda ölkə iqtisadiyyatında 7,2 faiz artmın müşahidə olunması, xüsusən bunun qeyri-neft sektorunda 11,4 faiz təşkil etməsi, həmçinin ixrac potensialının yüksəlməsi, işsizlik səviyyəsinin xeyli aşağı düşməsi, Azərbaycanın iqtisadi qüdrətinin artan tempini bir daha təsdiqləmiş olur. Qeyd etdiyimiz bütün bu məqamlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli islahatların faydalı nəticələridir”.

“Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu: Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Təbii ki, Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar da buna əsaslanır. Odur ki, 30 ilə yaxın bir müddət ərzində özünün işğal siyasəti ilə regionu iflic edən, inkişafına mane olan Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, - Milli Məclisin deputatı deyib.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq