Aqiyə Naxçıvanlı: Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə çox böyük dəstəkdir

Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən, Baltikyanı respublikalarla, xüsusən Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Litva Prezidentinin Azərbaycana səfərini şərh edən deputat qeyd edib ki, Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Xüsusən Baltikyanı ölkələrdən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Litva Baltikyanı dövlətlərdən biri kimi ümumilikdə “Şərq tərəfdaşlığı” siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi, eyni zamanda, Latviya və Estoniyanın səsi deməkdir. Yəni, ilk növbədə, siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir. Həmçinin Litva neft-qaz ölkəsi sayılan Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur.
Azərbaycana gəldikdə isə Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki, Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə, Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar.
Prezident İlham Əliyev indiki durumu şərh edən bəyanatında bildirdi ki, “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz işğalçı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.
Müharibənin başa çatmasından keçən dövr ərzində sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.
Təəssüf ki, Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin aprelin 29-da Ermənistanın razılaşdırılmış görüşü ləğv etməsi artıq prosesin davamlı olmasına əngəl kimi qiymətləndirilməldir”.
Deputat bildirib ki, bütün əngəllərə baxmayaraq, Azərbaycan inkişaf və tərəqqi yolunda inamla irəliləməkdə, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə israrlıdır və yaxın müddət ərzində biz buna tam nail olacağıq. Dövlətimizin başçısının Qarabağın dirçəldilməsi sahəsində həyata keçirdiyi bütün tədbirlər, imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Litva Prezidenti ilə görüşdə Prezident İlham Əliyevin bəyanatında bu fikir bir daha vurğulandı və Azərbaycanın öz mövqeyində prinsipial və ardıcıl olduğunu təsdiq etdi.
Deputat əlavə edib ki, Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə, bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiqlədi. Səfər zamanı həm ikitərəfli əməkdaşlıq - iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə çərçivəsindən daha geniş imkan və perspektivlərə malikdir. Belə ki, Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də bizim Avropa İttifaqı ilə əlaqələrimizin gücləndirilməsinin mühüm tərkib hissəsi olmaqla, Azərbaycanın Aİ ilə sıx əlaqələrə dair planlarının gerçəkləşməsinə yaxşı dəstəkdir.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq