Ziyalı alimlərimizin xidmətlərinə kölgə salmaq yolverilməzdir

Görəsən bu cəmiyyət “sapı özümüzdən olan baltalar”dan nə zaman yaxasını qurtaracaq? Axı niyə bəziləri bütün ömürləri boyunca belə bir sadə həqiqəti anlayıb dərk edə bilmirlər ki, başqasının uğurlarına həsəd aparmaqla, nailiyyətlərinə kölgə salmağa çalışmaqla insan özü heç nə əldə edə bilməz. Olsa-olsa, belələri daxillərində olan ödün, zəhərin bir hissəsini çölə püskürməklə müəyyən qədər rahatlıq əldə edə bilərlər. Bu da əlbəttə ki, yalnız müvəqqəti bir yüngüllük olacaq. Çünki ətrafdakı yaradıcı insanlar öz inkişaflarına davam etdikcə, yeni nailiyyətlərə imza atdıqca paxıl və xəbislərin də daxilində zəhərin miqdarı artacaq və hər şey yenidən təkrarlanacaq.
Sanki dünyada Azərbaycanın və azərbaycanlıların uğurlarına qısqanclıqla yanaşan, nailiyyətlərimizi şübhə altına almaq üçün dəridən-qabıqdan çıxan düşmənlərimiz az imiş kimi, bir yandan da daxildəki bədxahlarımız zaman-zaman cəmiyyətin ən üzdə olan aparıcı insanlarına, həm də xüsusi həssaslıqları ilə seçilən ziyalı elm adamlarına qarşı böhtan və iftira hücumları təşkil edirlər. Belələri heç bir ədəb qaydasına, etik normalara sığmayan ifadələrin yer aldığı əsassız ittihamlarla bir tərəfdən yaradıcı insanları ruhdan salmağa çalışırlar, digər tərəfdən də özlərini məhz bu yolla gündəmə gətirməyə cəhd edirlər.
Bu günlərdə təşkil olunmuş növbəti belə bir hücum üçün hədəf qismində seçilmiş ziyalılarımızın sırasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev də yer alıb. Əslində professor Eldar Quliyevin Azərbaycan elmi, Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında olan xidmətləri həm bizim cəmiyyətimizə, həm də bir çox xarici ölkələrin elmi dairələrinə kifayət qədər yaxşı məlumdur. Yəni böyük hesabla Eldar müəllimin nə bizim, nə də başqa kimsənin müdafiəsinə qətiyyən ehtiyacı yoxdur. Nəticə etibarı ilə heç mənim də niyyətim bu deyil. Sadəcə istəyirəm ki, Eldar Quliyevin timsalında bütün ziyalılarımızın, elm və sənət adamlarımızın şər və böhtan kampaniyalarına məruz qoyulmalarının, illərlə davam edən yuxusuz gecələrin nəticəsi kimi əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu həmin bu kampaniyaları düzənləyənlərə bir daha izah edim.
Son rastlaşdığım “yazı”da müəllif Xalid Niyazov bir neçə elm xadiminin, o cümlədən professor Eldar Quliyevin indiyədək təltif olunduqları mükafatları çeşidləməyə və əgər belə demək olarsa, dəyərsizləşdirməyə cəhd göstərir. Maraqlıdır, görəsən bu müəllifin özü indiyədək əldə etdiyi hansı uğuru ilə öyünə bilər? Belələri başa düşmürlər ki, məsələn, İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsi öz laureatlarına, o cümlədən professor Eldar Quliyevə hər hansı mükafatı təqdim etməzdən öncə həmin namizədin bütün elmi fəaliyyəti, xüsusilə də seçilmiş nominasiya üzrə xidmətləri bütün təfərrüatlarına qədər araşdırılır və qiymətləndirilir. Amma təəssüflər olsun ki, bəzi həmkarlarımız da bütün bu reallıqları nəzərə almadan bu cür yazıları öz saytlarında təkrar dərc edərək, Niyazov kimi iftiraçıların alətinə çevrilirlər.
Amma bütün bunları da bir tərəfə qoyaq. Məlum olduğu kimi, professor Eldar Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 iyul 2011-ci ildə “Şöhrət” ordeni və 26 iyul 2021-ci ildə “Şərəf” ordeni ilə təltif edilib. Məgər bu iki ali mükafat Eldar müəllimin dövlət və xalq qarşısında danılmaz xidmətlərinin bariz təsdiqi deyilmi? Görəsən Eldar Quliyevə və digər ziyalılarımıza qarşı şər-böhtan yazmağa qərar verən müəllif bu barədə düşünübmü? Ümid edirəm ki, ən azından Azərbaycan Respublikasının bu iki ali dövlət təltifinə qarşı “bizim” müəllifin heç bir iradı olmayacaq...
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq