Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
sosial
Oxunub: 770 300
23 май 2022 | 15:48
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Saleh Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur

Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yolların təmiri istiqamətində tədbirlər davam etdirilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində hazırda Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur.

Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.



Aparılan yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Artıq yolun 1200 metrlik hissəsində sadalanan işlər yekunlaşmaq üzrədir. Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir.

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1800 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə bir müddətdir Agentlik tərəfindən müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...

Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir


64.8 km uzunluğa malik Füzuli-Ağdam avtomobil yolunun inşası davam edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.

Hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Saleh Məmmədov: Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq