Kooperasiya Universitetində ata REKTOR, qızı isə PROREKTORDUR… – Eldar Quliyevin “təhsil biznesi”….
gundem / sosial
Oxunub: 496 617
26 май 2022 | 12:28
Kooperasiya Universitetində ata REKTOR, qızı isə PROREKTORDUR… – Eldar Quliyevin “təhsil biznesi”….


Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun harada qaldı, cənab Eldar Quliyev..?

Kollecdə 1 qayıbın qiyməti 5 manatdır….


“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində yazılıb:
Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Bəli, bu Qanun qəbul ediləndə millət vəkili, Azərittifaq İdarə Heyətinin sədri, Kooperasiya Universitetinin rektoru Eldar Quliyev bu Qanunun qəbul olunmasına səs verib.
Onda gəlin cənab Eldar Quliyevdən soruşaq ki, səs verdiyiniz qanunu niyə pozursunuz..?
Bəli, Eldar Quliyev Kooperasiya Universitetinin rektorudur və onun qızı Aygün Eldar qızı Quliyeva isə Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektordur.
Ata rektor, qızı isə prorektor.
Bəs, görəsən, “Korrupsiya qarşı mübarizə haqqında” Qanun harada qaldı, cənab Eldar Quliyev..?
Axı, bu qanunun qəbul olunmasına sən səs vermisən..?
Sənin müavinin xalan qızı-filan deyil ee, öz qızındır…
İndi keçək ikinci məsələyə…
Cənab millət vəkili Eldar Quliyevin tabeçilyində olan Kooperasiya Kollecinin direktoru cənab Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevadır.
Təsəvvüvr edirsinizmi, ata rektor, qızı prorektor, qardaşı qızı direktor və….
Bu adamlar anlamır ki, bu dövlətdir, bura ailə podratı-zad deyil…
Cənab millət vəkili Eldar Quliyevə deyən lazımdır ki, bu ailə şirkəti-zad deyil…
Bütün bunlar azmış kimi, Kooperasiya Universitetində və Kooperasiya Kollecində millət vəkili Eldar Quliyevin və onun qardaşı qızı Fatimə Quliyeva xoşagəlməz işlərlə məşğuldurlar. Onlar hər semestr əlaltıları vasitəsi ilə tələbələrdən külli miqdarda pul yığırlar. Universitetdə əyani şöbədə oxuyan hər tələbədən bir imtahana 100-150 manat, qiyabi şöbədə adı gedən tələbələrdən isə 300 və daha çox rüşvət alınır. Kollecin əyanı şöbəsində təhsil alan hər tələbədən isə bir imtahan 50 manat olmaqla, 400-500 manat, qiyabi şöbədə isə hər tələbədən bir imtahan 70 manat olmaqla, 700 manata qədər pul yığılır. Verilən məlumatlara görə burada özləri şərait yaradırlar ki, tələbələr dərslərə gəlməsinlər. Çünki bir dərs üçün qayıbın qiyməti 5 manatdır.
Ümumiyyətlə Kooperasiya Universitetində və Kooperasiya Kollecində dövlət sənədlərinə qaralama kimi baxılır. Dövlət jurnalları hər semestrin sonunda dəyişilir. Hər yarımillikdə dərs cədvəli birinci yarımillikdə noyabr ayına qədər, ikinci yarım illikdə isə aprel ayına qədər dərs cədvəli olmur. Dərs saatları hər an dəyişdirilir. Müəllimlər hansı dərsə istəyirsə girirlər. Hədiyyələr, pullar gəlməsə dərs cədvəli düzəlmir. Müəllimlər əlavə dərs yükünə görə və dərs cədvəllərinə görə hədiyyə və pul verməlidirlər. Müəllimlər və tələbələr artıq bu sistemdən beziblər. Hər semestrin sonunda tələbələrə yoxlama yazı işi adı ilə imtahan sualları və cavabları yazdırılır. Sonra Eldar Quliyev və Fatimə Quliyeva tələbələrdən pul yığdıqdan sonra tələbələrin imtahan suallarının yerinə bu cavabları qoyurlar. Yəni ki, gözdən pərdə asırlar. Tələbənin imtahana girməsi ilə çıxmağı bir olur. Uşaqlar özləri imtahan vermək istəyirlər, ancaq bu şəraiti nə Eldar Quliyev nə də Fatimə Quliyeva yaratmırlar.

Məlumatlarda Eldar Quliyevin və qardaşı qızının hansı müəllimdən xoşları gəlmirsə, min cür şər atıb o müəllimi işdən çıxarıldığı da bildirilir. Bütün fənnlər üzrə hər müəllimə ildə iki dəfə imtahan keçirilir.(pul və hədiyyə almaq üçün) .
Sözün qısası, bilənlər deyir ki, Kooperasiya Universiteti və Kooperasiya Kolleci sanki Eldar Quliyevin ailə şirkətidir.
Eldar Quliyev rektor, qızı Aygün Quliyeva- prorektor, qardaşı qızı Fatimə Quliyeva- kollecin direktoru, Fatimə Quliyevanın xalası qızı Gunay və katibəsi Həmidə öz yaxın qohumlarıdır.
Bax, burda deyirlər ki, qanunlarımız kağız üzərindədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq