Səttar Möhbalıyev: “TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir”
sosial
Oxunub: 314 785
31 май 2022 | 11:13
Səttar Möhbalıyev: “TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir”


“Ölkəmizdə öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan “TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox böyük idi, demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər bura axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı. Festival çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə bura qatılması, özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühütdə rəqabət aparmaq kimi mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki, yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. “TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının möhtəşəm hava şousu idi ki, çətin manevrlərin öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətə gətirirdilər”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 2018-ci ildən keçirilməyə başlayan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ildən-ilə nüfuzu artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “İlk olaraq Türkiyədən kənarda “TEKNOFEST”in Azərbaycanda təşkil olunması iki ölkə arasında olan qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib, şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının bolşevik işğalından azad edilməsi zamanı türkiyəli qardaşlarımız bizim köməyimizə yetişdi, şəhəri birlikdə azad etdilər, bu yolda şəhidlər verdilər. Bu, bizim qardaşlığımız üçün ən gözəl nümunə və örnəkdir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yenə də qardaşlarımız yanımızda oldular, bizə mənəvi-siyasi dəstək göstərdilər. Bu dəstək xalqımızın qələbəyə olan inamını xeyli artırdı”.
“Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət başçılarının birliyi və həmrəyliyi, bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. İmzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, müttəfiqliyin geostrateji əhəmiyyətini yüksəldir. İnanırıq ki, bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq. Babalarımızın bizə miras qoyduğu bu birlik gələcək nəsillərimiz tərəfindən də davam etdiriləcək”, - Milli Məclisin deputatı deyib.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq