Möhbalıyevin AHİK `səltənəti`ndən kimlər yararlanır? - İLGİNC İDDİALAR...
gundem / sosial
Oxunub: 400 821
31 май 2022 | 13:09
Möhbalıyevin AHİK `səltənəti`ndən kimlər yararlanır? - İLGİNC İDDİALAR...


30 ildir xalqımızın, ən çox da məmurların təntənəli tədbirlərdə, bayram şənliklərində, konsert proqramlarında, media nümayəndələri qarşısında etdikləri bir dua var idi. "O gün olsun bu cür möhtəşəm tədbirləri Qarabağımızda keçirək". Hətta, məmurlar arasında bəzən coşub, - "Lazım gələrsə, ali baş komandan əmr verərsə, mən də silah götürüb, düşmənlə döyüşməyə hazıram" deyənləri də olurdu.


Onlar ya Ali baş komandandan belə bir əmr gözləmirdilər, ya da zamanı gəldiyində necə yayınacaqlarının planlarını elə ovaxtdan hazırlamışdılar. Odur ki, 30 ildən sonra, cəmi 44 gün davam edən döyüşlərdə çox məmurlar bütün varlıqlarını alıb, sirli yoxluğa çəkildilər. Sanki, ümumiyyətlə olmayıbmışlar kimi.

Kimisi də oğlunu, kürəkənini şəxsi əlaqələri vasitəsilə ölkədən çıxarıb, özləri də "cola reklamının avtomobilləri" kimi, ortalıqda o baş, bu başa gəzişməyə başladılar ki, "biz də varıq". Halbuki, onların varlığı ilə yoxluğu müharibə üçün məna kəsb etmirdi.

Amma, elə ki, müharibə bitdi, sanki onların əksəriyyətinə xüsusi hirs, kin-küdurət gəldi. Başladılar "düşmənin hirsini, onlara qalib gələn oğullardan çıxarmağa".

Yeri gəlmişkən, "DogruXeber.az" olaraq, bir nüansı xüsusi vurğulamaq istəyirik ki, müharibədən sağ qayıdan oğullarımız çox oldu, çox şükür. Amma, sağ qayıtsalar da, müharibə şəraitində yaşadıqları, gördükləri onların psixologiyasında elə dərin izlər buraxdı ki, bu da onları bir ömür buraxmayacaq.

Onsuz da psixoloji sarsıntılar yaşayan qazilərin, veteranların haqqını mənimsəyən, eyni zamanda onlara qarşı saymazlıq edən məmurlar da onlarla öz "düşmənçilik" mövqelərini müharibədən sonra davam etdirdilər. Çox keçmədən, tez-tez müharibə iştirakçılarının intihar xəbərlərini almağa başladıq. Hansı ki, həmin oğullar məmur özbaşınalığından, hüquqlarının tanınmamasından, şikayətlərinə və müraciətlərinə dövlət qurumları tərəfindən baxılmamasından bezən oğullar idi. O məmurlar arasında səsvermə yolu ilə "özümüzün seçdiklərimiz" (deputatlar, bələdiyyələr) də var idi ki, onlar da zatən "seçildikləri" gündən xalqı saymırlar.

Hə... söhbət seçilənlərdən və intihar edən qazilərdən düşmüşkən, bəlkə xatırlayırsınız, illər öncə birinci Qarabağ savaşının iştirakçısı - Zaur Həsənov adlı qazi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandırmışdı. Düzdür, xoşbəxtlikdən ətrafdakıların müdaxiləsi ilə onu ölümdən xilas etmək oldu. Amma, yerli saytlardan biri demişkən, Səttar Möhbalıyevin heç "tükü də tərpənmədi". Hansı ki, qazinin intihar səbəbi, ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin həmkarlar ittifaqları tərəfindən əlindən alınması idi.

Hələ 2013-cü ildə bu məsələ yenidən gündəmə çıxanda, S.Möhbalıyevin mətbuat katibi Nazim Ağamirov mətbuata əsəbi açıqlama verib ki, "“Bu məsələ 2010-cu ildə bitib. Həsənovun iddiaları ilə bağlı şikayətə məhkəmə instansiyalarında baxılıb və qərarlar çıxarılıb. Nəhayət, Apelyasiya Məhkəməsi həmin qərarları qüvvədə saxlayıb və Zaur Həsənovun torpaq sahəsinə iddiaları haqsız hesab edilib. Bununla da məsələ Həmkarlar İttifaqı Konfederasiyasının xeyrinə yekunlaşıb”.

Bəs, elə söhbət də bundan gedirdi də...

Güya nə dəyişdi ki?!

Yeri gəlmişkən, Səttar Möhbalıyev hazırda iki vəzifədə çalışır. Milli məclisin deputatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri. Hansı ki, hər iki vəzifəyə təyinat (sözdə) səsvermə yolu ilə həyata keçirilir.

30 ildir bir adamın hər seçkidə qalib gəlib, eyni vəzifəyə seçilməsi yalnız bir halda mümkündür - əgər, dürüst çalışıb, xalqın etimadını qazanarsa, xalq onu hər dəfə təkrar seçər.

Baxaq görək, Səttar Möhbalıyev nə dərəcədə etimad qazanıb?!

Rəhbərlik etdiyi AHİK desək, sosial medialarda da deyildiyi kimi - S.Möhbalıyevin "ailə biznesi"nə çevrilib.

Xanımı - 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. 1988-ci il təvəllüdlü qızı Lalə Möhbalıyeva Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq, deputatın xanımı və qızı təmsil edir.

Dövlət idarələrində çalışan hər kəsi də "könüllü" adı altında, demək olar ki, məcburi şəkildə Həmkarlar İttifaqlarına üzv edirlər və hər ay onların əmək haqqının 2 %-i komitənin büdcəsinə köçürülür. Güya AHİK də onlarla müqaviləsi olan qurumlarda çalışan işçilərin hüquqlarını müdafiə edir, onlara dincəlmələri üçün putyovka verir və sair...

Bunu özümüzdən demirik.

AHİK haqqında qanunun 11-ci maddəsinə diqqət !

Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. [25]

İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Həmkarlar ittifaqları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində nəzarətin həyata keçirilməsində iştirak edirlər.

"DogruXeber.az"ın əməkdaşı bu yaxınlarda AHİK-nın bir ərazi nümayəndəliyinin sədri ilə həmsöhbət oldu.
Nümayəndə deyir, - "Bizimlə müqavilə bağlayan şirkətlər bizə hər ay yaxşı pul versələr, biz onların kasıb işçilərinə bayramlarda ərzaq yardımı edirik, ucuz qiymətə putyovkalar veririk".

Maraqlıdır, şirkət həmin o "yaxşı pul"u sizə verməkdənsə, (sizin dilinizlə desək) o, "kasıb işçiləri"nə özü yardım edə bilməzmi?
Qaldı ki, putyovkaya - ona da elə qiymət deyirsiniz ki, nəğd pul ilə gedib dincəlmək ondan ucuz başa gəlir.

Təsəvvür edirsiniz?!
Hələ şəhərdən kənara çıxmadan, Bakının içində dincəlmək üçün putyovka 1200 (min iki yüz) AZN.
Yox, bu ilkin təklif olunan qiymətidir. Yəni, necə deyərlər "tutar qatıq - tutmaz ayran" misalı. Görəndə ki, yoox müştərini əməllicə ürkütdülər, o dəqiqə keçirlər "B variantı"na ki, "Amma, aramızda qalsın, sən istəsən, bunun başqa yolu da var. O qədər müəllimlər, həkimlər var ki, bizimlə müqaviləsi olan. Onların hamısı putyovka götürmür ki. Onlardan birinin yerinə sənə yarı qiymətinə təşkil edə bilərəm".

Əməkdaşımız deyir, "Sizin işçilərin hüquqlarını müdafiə etmək ixtiyarınız da var hə, deyəsən?"

Biraz, fikirləşəndən sonra nümayəndə cavab verir ki, "Bilmirəm. Qanunda elə bir şey olmalıdır, deyəsən. Əşi ona heç kim fikir vermire. Ehtiyac yoxdur axı elə şeylərə. Əsas putyovka ilədir bizim işimiz".

Məhz buna görə də Həmkarlar ittifaqının "4+4" lük fəaliyyəti ilə hər il 10-larla, bəlkə də 100-lərlə iş yerində dünyasını dəyişən, yaxud xəsarət alan işçilərin hüquqları pozulur. Bəs, bu məqamda sözügedən qurum məsələyə nə kimi müdaxilə edir?

Ümumiyyətlə edirmi ?

Mövzuya qayıdacağıq və növbəti yayımda quruma "könüllü" adı altında, məcburi üzv edilən təhsil, səhiyyə işçiləri və neft sahəsində çalışanların qurum haqqında söylədiklərini təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq