Rüstəm Nağıyev: “Tarixi Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaltdı”

Bu gün Azərbaycan türkdilli dövlətlərin həmrəyliyinin daha da möhkəmlənməsi və Türk dünyasının güclənməsi işinə əhəmiyyətli töhfələr verməkdə davam edir. Bu il “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti böyük uğurudur. 26–29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilmiş bu möhtəşəm tədbir Azərbaycanın yüksək texnologiyalar sahəsində də böyük potensiala sahib olduğunu bir daha nümayiş etdirmiş oldu. Həmçinin “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq.
Həqiqətən də 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” mesajını verməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Lakin Azərbaycan-Türkiyə birliyinin kökləri daha qədimdir. Tariximizin ən önəmli anlarında ölkələrimiz, xalqlarımız bir yerdə olublar. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını bütün dünya 2021-ci ildə Zəfər paradında gördü. Bu, bizim birliyimizin əsl təntənəsi idi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında bir daha ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu vurğulayaraq qeyd etdi ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Türkiyə Prezidenti Azərbaycan və Türkiyə birliyinin təzyiqlə, təhdidlə qorxudulanlardan olmadığını və bundan sonra da əsla olmayacağını deyərək, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəni türk millətinin qəhrəmanlıq dastanlarının ən son örnəyi kimi dəyərləndirdi və bildirdi ki, Azərbaycan Ordusunun igid əsgər və zabitləri Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar.
Xüsusi olaraq qeyd olunmalıdır ki, məhz tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı. Hazırda bu müttəfiqlik özünü bütün sahələrdə, o cümlədən siyasətdə, iqtisadi əlaqələrdə, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyət, təhsil, ordu quruculuğu kimi strateji sahələrdə ən bariz şəkildə göstərməkdədir. Bu gün ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. O cümlədən, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Dövlət başçımızın dediyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz arasında mövcud olan birlik həm Azərbaycanın, həm də Türkiyənin artıq beynəlxalq güc mərkəzlərinə çevrilmələrində də önəmli rol oynamışdır. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinin gücünə güc qatır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq