Ermənilərin "yemlədiyi" deputat yenə sərsəmlədi - Jirinovskinin yerini tutmağa çalışır - VİDEO

Rusiyada antiazərbaycan və antitürkiyə qüvvələr yenidən fəallaşıb. Qonşu ölkədə erməni lobbisinin təsiri altında olan və onlardan yemlənən qüvvələr qısa fasilədən sonra yenidən sərsəm bəyanatları ilə gündəm gəlməyə çalışır. Bu dəfə isə antiazərbaycan və antitürkiyə bəyanatları ilə tanınan rusiyalı deputat Aleksandr Şerin erməni icmasına xoş gəlməyə çalışıb.
Vladimir Jirinovskinin vəfatından sonra boş qalan Rusiya Liberal Demokrat Partiyasına (RLDP) sədr olmaq üçün mübarizəyə qoşulan deputat yenə də Azərbaycan və Türkiyənin ünvanına hədyanlar yağdırıb, qondarma və artıq mövcud olmayan qondarma "DQR" adlı qurumun adını çəkib. Bununla da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan Üçtərəfli sazişin bəndlərinə xələ gətirməyə çalışıb. Qarabağda mövcud olmayan rejimin tör-töküntüsünü "Dağlıq Qarabağ Xalq Respublikası" adlandırıb, Azərbaycanı və Türkiyəni Rusiyaya heç vaxt dost ölkə olmadığını bəyan edib. Şerin ümid edir ki, bu kimi bəyanatlarla özünə reytinq qazandıracaq və sədr postuna yiyələnəcək.
Şerin Jirinovskiyə bənzəməyə çalışır?
Bəli, gün kimi aydındır ki, bu şəxs Azərbaycanla Rusiya arasında olan münasibətləri pozmağa çalışan qüvvələrə xidmət edir. Lakin anlamaq istəmir ki, iki ölkə arasında strateji münasibətlər mövcuddur və belə sərsəm fikirlər münasibətlərə xələl gətirə bilməz. Və ən əsası Şerin və ona bənzər məxluqlara hələ də çatmır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. "DQR" adlı qondarma qurumun varlığına son qoyub. Sonda da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalayıb. Ermənistanın KTMT-yə üzvlüyündn fəxrlə danışan deputat Ermənistanın həmin qurumun baş katibini həbs etməsinə nədənsə toxunmur. Ümid etmək olar ki, partiyadaşları belə bir sərsəm dolu fikirlərlə gündəm olan şəxsi sədrliyə yaxın belə buraxmayacaqlar. Əsas namizədlərdən olan Leonid Slutskini özünü rəqib görən Aleksandr Şerin bu mübarizədən ayrı-ayrı ölkələrə qarşı hücumlar təşkil etməklə qalib çıxmaq istəyir.
Ermənilərin yemlədiyi deputat
Maraqlı olan həm də odur ki, bu şəxs Şerin erməni mafiyasının at oynatdığı Krasnodardandır. Azərbaycana hücum etməklə ermənilərə yarınan bu şəxsin erməni lobbisinin xidmətlərindən istifadə etməyə çalışır. Son vaxtlar şəxsi biznesində problemlər yaşayır. Onun kreditorlara yüzmilyonlarla ölçülən borcu var və artıq bir neçə ildir ki, məhkəmə çəkişmələrinin iştirakçısıdır. Şerinin deputat seçilərkən bəyan etmədiyi çoxsaylı daşınmaz əmlakı ilə də bağlı adı qalmaqaldadır. Ailə varidatını hansısa yollarla üç qızının adına keçirməsi və borclarını ödəməkdən yayınmağa çalışdığı barədə də mediada məlumatlar gedib. Çox güman ki, bu səbəblərdən də ermənilərə yarınıb, onlardan pul qoparmağa çalışır. Ümid etmək olar ki, partiyadaşları da belə bir şəxsin sədr postuna gedən yolunu kəsib, layiqli bir namizədə səs verəcəklər.
Сегодня, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Сегодня, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı