Aqiyə Naxçıvanlı: Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün ən etibarlı təminatçısıdır
sosial
Oxunub: 387 121
14 июн 2022 | 17:12
Aqiyə Naxçıvanlı: Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün ən etibarlı təminatçısıdır


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin sarsılmaz və əbədi qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsi güclü tarixi bağlantıları, ümumi mədəni və dini dəyərləri olan iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələyə keçidini təmin etdi. Bu tarixi sənəd hər iki ölkənin ortaq maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə yönəlməklə Azərbaycan və Türkiyənin nəzarəti altında Cənubi Qafqazda yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.

Deputat bildirib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi parlaq Qələbəsi ilə regionda uzun illər davam edən və ölkəmizin, xalqımızın milli maraqlarına zidd olan geosiyasi konfiqurasiyaları tamamilə darmadağın etdi. Bu tarixi Zəfərin əldə olunmasında qardaş Türkiyənin rolunun danılmaz olduğunu diqqətə çatdıran A.Naxçıvanlı müharibənin ilk günlərindən qardaş ölkənin Azərbaycana çox böyük siyasi-mənəvi dəstək verdiyini qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirməsi proseslərə müdaxilə etmək istəyən bir çox xarici qüvvələri bu fikirdən daşındırdı. Bir il sonra, tarixi Qələbəmizin məntiqi davamı olaraq imzalanmış Şuşa Bəyannaməsi isə bundan sonra Cənubi Qafqazda birbaşa Azərbaycan-Türkiyə birliyinin sülh və sabitliyin əsas qarantı kimi çıxış etməsini beynəlxalq hüquq nöqteyi-nəzərindən də əsaslandırdı.

Deputat bildirib ki, ölkələrimiz arasında çoxşaxəli müttəfiqliyin rəmzi kimi çıxış edən Şuşa Bəyannaməsində tərəflərin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edən müddəaların yer alması həm Azərbaycanın, həm də Türkiyənin hər hansı xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarını daha da artırıb: “Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən vacib məqamlardan biri də budur ki, sənəddə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer alıb. Başqa sözlə desək, iki qardaş ölkədən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı hər hansı xarici qüvvələr tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Həmçinin Şuşa Bəyannaməsində hər iki ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması kimi müddəaların yer alması həm Azərbaycanın, həm də Türkiyənin hərbi-müdafiə qüdrətinin artmasına xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyənin dünya miqyasında hərbi sənaye sahəsində qabaqcıl ölkələrdən biri olması ölkəmizin bundan sonrakı ordu quruculuğu üçün böyük əhəmiyyət kəsb edən bir amildir. Eyni zamanda da ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrinin eynilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil və digər strateji sahələri əhatə etməsi bu münasibətlərin həqiqətən də çoxşaxəli və əhatəli olduğunu göstərir”.

A.Naxçıvanlı daha sonra qeyd edib ki, Şuşa Bəyannaməsində xüsusi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqelərini daha da gücləndirir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu tarixi sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapmasıdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və əlbəttə ki, bundan sonra nə Azərbaycan, nə də Türkiyə artıq bu reallıqların təhrif olunmasına qətiyyən yol verməyəcəklər.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Bundan sonra Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısı olacaq”, - deyə Aqiyə Naxçıvanlı bildirib.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq