Səttar Möhbalıyev: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir”
sosial
Oxunub: 377 350
15 июн 2022 | 11:08
Səttar Möhbalıyev: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir”


“Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər tamamilə qardaşlıq prinsipləri üzərində qurulub və tarixin sərt sınaqlarından üzüağ çıxaraq bugünkü zirvəyə ucalıb. Tarix də təsdiqləyir ki, hər iki ölkə dar gündə də, şad gündə də hər zaman bir yerdə olub. Bunu şərtləndirən amillərdən ən başlıcası isə eyni soya, eyni kökə və dilə malik olmağımızdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə türk qardaşlarımızın bizim köməyimizə yetişməsi hamıya məlumdur. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad etdi. Tarixdən o da məlumdur ki, Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı öz doğma qardaşlarına dəstək olmuşlar. Azərbaycan xalqının xeyriyyəçi övladları Anadoluda Milli Mübarizə Hərəkatına maddi və mənəvi kömək göstərdilər, könüllü olaraq yüzlərlə azərbaycanlı döyüşlərdə iştirak etdi, böyük şücaət göstərərək qəhrəmancasına şəhid oldular. Bütün bunlar bizim qardaşlıq münasibətlərimizin tarixi köklərinin sıx bağlılığını göstərir.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O qeyd edib ki, Azərbaycanın haqq işində - 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və vətəndaşlarının bizə göstərdiyi mənəvi dəstəyə dünya şahid oldu: “Müharibə başlayan gündən sona qədər ürəkləri Azərbaycanla birgə döyündü. Hər bir ərazimiz işğaldan azad olunanda Türkiyənin hər yerində bu xəbəri bayram sevinci ilə qarşılayır, şəhidlərimizə bizim qədər kövrəlirdilər. Bu yerdə dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı yada düşür ki, onun öncədən nə qədər peyğənbərcəsinə deyildiyini, ürəklərə hopduğunu görürük. Bu, əsl dostluğun və qardaşlığın nümunəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı isə dövlətlərimizi biri-birinə daha da yaxınlaşdırdı, münasibətlərimizi dərinləşdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyevin fikirləri ilə ifadə etsək, həqiqətən də, bu gün dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bu qədər yaxın dost və qardaş ölkələr yoxdur”.
“Hazırda isə əlaqələrimizin bu səviyyəyə çatmasında türk dünyasının iki dahi oğlu - möhtərəm Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Məhz onların sayəsində bu gün Azərbaycan-Türkiyə əlaqələri günü-gündən bütün sahələri əhatə etməklə inkişaf edir. 15 iyun 2021-ci il tarixində mədəniyyət beşiyimiz olan Şuşa şəhərində imzalanan, ictimai həyatımızın vacib məsələlərini özündə əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə tarixi önəm daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Bu Bəyannamə ilə rəsmən müttəfiqlik zirvəsinə ucalan əlaqələrimiz siyasət və beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Təbii ki, bu, hər iki dövlətin milli maraqlarına tam cavab verir”, - Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev əlavə edib ki, siyasi, iqtisadi, ideoloji, humanitar, hərbi, mənəvi və digər sahələrdə əməkdaşlığımızı ehtiva edən bu bəyannamənin Qars müqaviləsinin yüz illiyində, Milli Qurtuluş Günü özü də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərdən doğan gerçəklikdən xəbər verir. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı bütün bölgədə sülh və təhlükəsizliyə xidmət etməklə yanaş, regionun iqtisadi inkişafı üçün, ilk növbədə, yeni perspektivlər açır.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq