“Çin Karqo” şirkətində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub
Azərbaycan xalqı yetmiş ildən artıq Sovet rejimi şəraitində yaşasa da, itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalından heç vaxt dönməmişdir. Uzun illər boyu imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş, müttəfiq respublika şəklində də olsa öz dövlətçiliyini saxlamışdır. Şirkətin iclas zalında video konfrans formatında keçirlən tədbirdə “Çin Karqo”-nun rəhbəri Şamil Heydərov çıxış edərək, 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunduğunu xüsusilə vurğulamışdır. Şamil Heydərov birdirmişdir ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götrüməsi idi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma qurban verirəm» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır. Bu da təsadüfi deyildir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə qayıdışının hər ildönümü tarixində ölkəmizin bütün bölgələrindən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilir. Xalqın bu istəyi milli qurtuluşu üçün öz Prezidentinə minnətdarlığının ifadəsidir.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək qərara alır:
Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri qeyd edilsin və 15 iyun günü Azərbaycan xalqının milli qurtuluş günü elan edilsin.
Çıxışının sonunda “Çin Karqo” -nun rəhbəri Şamil Heydərov, xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə şirkətin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edərək, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edir.
Şirkətdən Xalqxeber.Az-a verilən məlumata görə, “Çin Karqo” şirkətinin rəhbəri Heydərov Şamil Hilal oğlu və “Altis Group of Companies”in təsisçisi Heydərov Kamal Şamil oğlu 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı
“YAŞAT” Fonduna ianə köçürüblər. İş adamı Şamil Heydərov və Kamal Heydərov hər biri ayrılıqda 10 min manat olmaqla ümumilikdə 20 min manat “YAŞAT” Fonduna ianə ediblər. Xüsusilə qeyd edək ki, iş adamları Şamil Heydərov və Kamal Heydərov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 (yüz min) manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 (yüz min) manat məbləğində ianə köçürmüşdülər.
Həmçinin ötən illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna hər biri ayrılıqda 25.000 (iyirimi beş min) manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat ianə etmişdilər. Daha əvvəllər də "Çin Karqo" şirkətinin rəhbəri Şamil Heydərov və "ALTİS Group of companies" MMC-nin rəhbəri Kamal Heydərov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədi ilə hərəsi 50 min manat olmaqla ümumilikdə 100 min manat ianə köçürmüşdülər.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq